Yuxarı

“Nizami Gəncəvi” beynəlxalq mükafat aldı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu Yorkda keçirilən XIV Ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb.

Kult.az xəbər verir ki, “Avroatlantik münasibətlərin və Balkanların gələcəyi”, “Yaxın Şərq –sülhə necə nail olmaq olar?”, “Gender bərabərliyi: Qadınların siyasətdə rolu” kimi mövzular, habelə “Bir kəmər – bir yol” layihəsi ətrafında diskussiyalar keçirilib. Makedoniya Prezidenti Georgi İvanov, Malta Baş naziri Joseph Muskat, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Amir Musa və digər nüfuzllu siyasətçilər çıxış edərək müzakirə olunan mövzular haqqında fikrilərini bildiriblər.

Toplantıda dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı dialoqun, etimadın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qadınların siyasətdə iştirakının gender bərabərliyinin təmin olnması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Müzakirələrə qoşulanlar müxtəlif problemlərə dair öz rəy və təkliflərini bildiriblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIV Ali səviyyəli toplantısı çərçivəsində YUNESKO-nun xoşməramlı səfiri, Mərkəzin idarə heyətinin üzvü xanım Marianna Vardonyanisin təşəbbüsü ilə “Qadınların hüquqlarının və imkanlarının genişləndiriməsi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Marianna Vardonyanis, Robert Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedi, Kiprin birinci xanımı Andri Anastasiadis çıxış edərək qadın hüquqları, gender məslələri ilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Tədbirin sonunda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinə dünyada sülhün, təhlükəsizliyin və dialoqun təşviqindəki uğurlu fəaliyyətinə görə Marianna Vardonyanis Mükafatı təqdim olunub.

Qeyd edək ki, Toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar şurasının sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.

Tarix
2018.10.03 / 00:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla