Yuxarı

Sovetin məktəbli formaları niyə qulluqçu geyiminə bənzəyib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet İttifaqında məktəbli forması ciddi idi. Oğlanların geyimləri əsgər uniformasını xatırladırdı. Qızların paltarları da xüsusi gözəlliyi ilə xoş təsir bağışlamırdı. Məktəbli qızlar dərsə ağ önlüyü, manjetləri və boyunluğu olan qəhvəyi rəngli sadə formalı paltarda gəlirdi.

Publika.az bu yazıda oxucuları sovet dövrünün məktəbli formasının qulluqçu geyimlərinə oxşamasının səbəbləri ilə tanış edib.

Önlük vaxtilə paltarı mürəkkəb ləkəsindən qorumaq üçün nəzərdə tutulmuşdu. Əgər məktəbli mürəkkəb bankasını təsadüfən üzərinə töksəydi, yalnız önlük ləkələnirdi. Yaxalıqlar və manjetləri isə sovet qızlar çox sevmirdilər. Paltarın bəzək elementləri həftədə bir dəfə sökülməli, yuyulmalı, ütülənməli, sonra isə yenidən tikilməli idi.

İlk dəfə məktəbli forması XIX əsrin ortalarında, hələ çar Rusiyası dövründə yaranıb. Onun dizaynı britaniyalı məktəblilərdən götürülmüşdü. Həmin illərdə qadın təhsil müəssisələri mövcud deyildi. Odur ki, yalnız məktəblilər və kursantlar uniformalarda gəzirdi.

Qadın məktəbli forması yalnız XIX əsrin sonunda yarandı və lap az yaşadı. O, post-inqilabçı ittifaqda burjua keçmişinin qalıqları olaraq dəfn edildi. Əslində SSRİ-nin valideynləri ümumi yoxsulluq səbəbindən məktəblilər üçün xüsusi geyimdən imtina etmişdi.

Ancaq İkinci dünya müharibəsindən sonra uniforma qaydaları yenidən qayıtdı. Onda kütlələr unifikasiya ideyasına hakim idi. Oğlanların və qızların eyni cür geyinməsi artıq Qərbin təqlidi kimi deyil, sovet uşaqlarının ümumi bərabərliyinin sübutu kimi qəbul edilirdi.

Yuxarıda qeyd olunduğu kimi, oğlanların məktəb geyimi əsgər mundiri nümunəsi kimi xidmət edirdi. Beləliklə bu uniforma oğlanlara vətəni müdafiə etmək borclarnı xatırladır və işarə edirdilər ki, onların əksəriyyəti məktəbi bitirdikdən sonra hərbiyə yollanacaq. Qızlarda isə hər şey bir qədər çətin idi.

Bu gün bir çox tədqiqatçılar, bu qənaətə gəlib ki, həmin məktəbli geyimi qulluqçu uniformalarının dəyişmiş forması olub. Müasir dövrdə məktəbli geyimi qulluqçu obrazını olduqca yüngül assosiasiya edir. Əvvəllər isə qulluçunun həyatı daimi əmək və sonsuz zəhməti ilə assosiasiya olunurdu. Təvazökar və çalışqan qulluqçular dayanmadan çalışırdı. Yaxşı qulluqçu sakit və diqqətli olmalı idi, lakin bu zaman insanların nüfuzuna xələl gətirməmək üçün layiqincə görünmək lazım idi.

Sovet mütəxəssislərinin rəhbərlik etdiyi qrup təvazökarlıq, ismət, əməksevərlik kimi xüsusiyyətləri əldə rəhbər tutaraq qızlar üçün məktəbli formasını yaratmışdı. Hansı ki, onlar qulluçu geyimini xatırladırdı. Əgər oğlanlardan gələcək əsgəri tərbiyə etməyə çalışırdılarsa, qızları ana və bacarıqlı ev sahibəsi roluna hazırlayırdılar.

Aydın məsələdir, bu, simvolik unifikasiya uzun müddət davam etmədi. Hər bir sovet respublikası tezliklə öz formasını yaratdı. Başqa ölkənin formasını geymək qadağan olunmamışdı, lakin məktəbli qızlar arasında xüsusi dəbdəbə şərəfləndirildi. Səksəninci illərdə klassik forma tədricən yox oldu. Günümüzdə nəinki ölkələr, artıq məktəblər də özünün fərqli uniformalarını, onu başqalarından fərqləndirən emblemlərini yaradır.

Tarix
2018.10.06 / 01:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla