Yuxarı

“Azərbaycanın şahzadəsi” Çində konsert verəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycanın şahzadəsi” Çində konsert verəcək

Gənc xanəndə Qoçaq Əsgərov Çinin ən böyük şəhərlərindən olan Şanxayda "Shanghai Üorld Music Festival-2014" festivalı çərçivəsində üç günlük konsert proqramı ilə çıxış edəcək.

Oktyabrın 16-da səhnəyə çıxacaq xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova iştirakçılara Azərbaycan musiqisi, muğamları haqqında məlumat verəcək.

Q.Əsgərov AzərTAc-a bildirib ki, bu dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən edilib. İngiltərədəki konsertimi dinləyən menecer mənim səsimi festival dinləyicilərinə eşitdirmək qərarına gəlib. Konsertdə "Mahur", "Şur" muğamları, "Bayatı-Şiraz", "Şüştər" təsnifləri və xalq mahnılarını səsləndirəcəyəm.

Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcək.

Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qoçaq Əsgərov ictimaiyyətə "Azərbaycan muğamının şahzadəsi" kimi təqdim edilib.

Tarix
2014.10.13 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla