Yuxarı

Qədim Dirili kəndinin gənc xanəndəsi – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taban Məhəmmədxani 1989-cu ildə Güney Azərbaycanın Xudafərin rayonunun Dirili kəndində anadan olub. Haqq aşığı Dədə Qurbaninin bu kənddən olduğu deyilir.

Kult.az xəbər verir ki, o, orta məktəbi doğulub böyüdüyü Dirilidə bitirib. Təbriz şəhərinin Azade Universitetində mühasib ixtisası alıb.

Hacıxanlı tayfasından olan Məhəmmədxaninin ailəsinin muğam və musiqiyə xüsusi rəğbəti olub. Gənc ifaçı da əsgərliyi bitirər- bitirməz Təbrizdə “Ruşən” adlı musiqi məktəbində iki il ustad Əhməd Səttardan, iki il də Nasir Ətapurdan (Arif Babayevin tələbəsi olub) dərs alıb. Hər iki ustad Bakıda Konservatoriyanın muğam sinfini bitiriblər.

O, Təbrizdə keçirilən birinci və ikinci muğam festivalında ikinci yeri tutub. Ərdəbildə keçirilən “Dədə Qurbani” aşıq festivalında, Tehranda “Aşıq Şəmşir” festivalında və müxtəlif tədbirlərdə çıxış edib.

Xanəndə “Söyləmədim mən ona”, “Lalələr” “İnanmışam”, “Niyə bilmədin”, “Qayıt gəl”, “Ata həsrəti”, “Qəlbində saxla məni” kimi mahnıları ifa edib. Bir ildir yeni albomu üzərində işləyir.

Gənc ifaçı Təbrizin “Səhənd”, Bakının isə “Lider” kanalının dəfələrlə qonağı olub, musiqimizi təmsil edib.
Çox sevilən və bir çox tədbirlərə dəvət alan ifaçılardandır. İki il Təbriz milli orkestrının solisti olub.

Hazırda Çingiz Mehdipurun rəhbərlik etdiyi “Dalğa” qrupunun solistidir və “Sarı bülbül” qrupunda da fəaliyyət göstərir.

Tarix
2018.10.27 / 22:37
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla