Yuxarı

Papanın türk casusun qulağına pıçıldadığı üç sirr...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-ni mən yıxdım, MOSSAD agentlərini otağımdan qovdum.

Teleqraf.com xəbər verir ki, bu fikirləri 2003-cü ildə Vatikanda Roma Papasına sui-qəsd edən məşhur türk casus Məhməd Əli Ağca yerli kanallardan birinə deyib.

Məhməd Əli Ağca bildirib ki, Papaya sui-qəsddən sonra həbs edilərkən ilk dəfə ona İtaliya kəşfiyyatçıları baş çəkib. O, deyib ki, Vatikan hökumətinin yazılı tələbi ilə İtaliya prezidenti onu sərbəst buraxacaqmış.

Qeyd edək ki, Papa-Ağca görüşü XX əsrin ən önəmli 10 görüşündən biri hesab olunur. Ağca deyib ki, Papanın ziyarəti onu təəccübləndirib:

“Milyonlarla dollar versən, nüvə silahı ilə təhdid etsən belə Papa yanına gəlməz. Mən düşünürdüm ki, rəisin otağında görüşəcəyik, ancaq Papa ayağıma gələndə təəccüb etdim. Papa qulağım tərəfə əyilərək mənə xristian aləminin ən böyük sirrini dedi: II Dünya Müharibəsi, SSRİ-nin süqutu və Papaya sui-qəsd. Mənə sirlərdən birinin ona edilən su-qəsd olduğunu və bunu mənim etdiyimi söylədi”.

Türkiyə Milli İstihbarət Təşkilatının kölgədə olan casusu kimi təqdim edilən Ağca deyib ki, onu həbsdə MOSSAD agentləri də ziyarət edib:

“Mənə SSRİ-ni ittiham etməkdən vaz keçməyimi, Qəddafini ittiham etməyi məsləhət gördülər. MOSSAD "Soyuq Müharibə"nin davam etməsini istəyirdi. Mən onları otaqdan qovdum. Ancaq MOSSAD-ın strategiyasına heyran qaldım. Onlar müsəlman və xristianları bir-birinə düşmən edərək öz hakimiyyətlərini davam etdirmək istəyirdi. Bu indi də davam edir. Məhz onların sayəsində Suriyada Əl-Qaida və Hizbullah bir-birini öldürürdü”.

Ağca əlavə edib ki, onu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri də ziyarət edib. Mənə kömək edəcəklərini bildirdilər. MKİ Vatikan rəsmisinin qızı Emanuel Orlandiyanı qaçırıb. Bu, əslində bir teatr idi. Orland və bir də Mirella Griqori. İkisi də qız uşağıdır və Vatikanın əlindədir, sap-sağlam yaşayırlar. Onları buraxsalar qorxunc rəzalət olacaq. Bunu dünyaya izah edə bilməzlər. Mənim də adım terrorçu çıxdı”.

Ağca daha sonra bəyan edib ki, SSRİ-ni MKİ, Ağ ev, Vatikan, İngiltərə və Almaniya ilə birlikdə yıxıblar:

“Soyuq Müharibə”də Kremli tək qaldı. İqtisadi problemləri vardı. Papa II Paul polşalı idi. Onu məqsədli şəkildə Papa seçdilər. Məqsəd Polşada SSRİ-yə qarşı hərəkatı başlatmaq idi. Papaya atdığım güllə SSRİ-nin süqutuna səbəb oldu, fəlakəti alovlandırdı. Onlara xristian və ya müsəvi demək istəmirəm. Əslində dinlərdən istifadə edirlər, amma hamısı dinsizdir. Vəhşi kapitalizm, vəhşi liberalizmin dini olmaz. Sadəcə hər dinin mənsubları kimi görünənlər var. Dünyanı qan gölünə çevirdilər”.

Sonda Ağca deyib ki, Papaya sui-qəsdən sonra çox şeylər baş verib: “Qərblə kommunist dünyasını qarşı-qarşıya gətirən hadisələr oldu. ABŞ Prezidenti Reyqan 1983-cü ildə məşhur bir fikir işlətdi: Papa sui-qəsdinin üzərinə sona qədər gedilsə, bu III Dünya Müharibəsinə yol açar. Bundan daha dəhşətli söz yoxdur”.

Tarix
2018.11.06 / 23:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla