Yuxarı

Əhməd Cavadın da qalıqları tapılıb? - DNT testi başladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, nakam şairimiz Mikayıl Müşfiqin Qaradağ rayonu Puta qəsəbəsində qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı İlham Əliyev işçi qrupunun yaradılması barədə göstəriş verib. Bu məlumatdan sonra repressiya qurbanı olan daha bir görkəmli şairimiz, Azərbaycan himninin müəllifi Əhməd Cavadın da qalıqlarının həmin ərazidə olmasına dair ehtimallar irəli sürüldü.

Kult.az xəbər verir ki, bu iddialardan sonra Ə.Cavadın nəvəsi Anar Axundzadə məsələyə dərhal reaksiya verərək sözügedən işçi qrupu ilə əlaqə saxlayıb. A.Axunzadə ötənlərdə Şərq.az-a müsahibəsində qeyd edib ki, işçi qrupundan DNT analizi üçün yaxın zamanlarda onlara məlumat veriləcəyi bildirilib.

İşçi qrupu vədinə əməl edərək varisin yaxınlarını çox gözlətməyib. Belə ki, A.Axundzadənin bildirdiyinə görə, bu gün işçi qrupu onu dəvət edərək DNT analizi götürüb:

"Mən elə başa düşdüm ki, Qaradağın Puta qəsəbəsindəki qalıqları çıxarıb, saxlayıblar. Məndən DNT analizi götürən zaman söylədilər ki, Mikayıl Müşfiqin də qohumundan analiz götürüblər. Yəni proses davam edir, işlər görülür. İnanıram ki, yaxın zamanlarda babamın qalıqları tapılacaq və müsəlman adət-ənənəsi ilə dəfn olunacaq. Əlbəttə, bu, bizim ən ümdə arzu və istəyimizdir".

Tarix
2018.11.07 / 22:02
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla