Yuxarı

Yazarlarımızın ilk oxucusu kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazarlarımızın ilk oxucusu kimdir?

Görəsən yazarlarımız yazılarını birinci kiminlə paylaşır, kənar birinin düşüncələrini bilmək üçün ilkin olaraq kimə müraciət edir?

Çapdan öncə heç vaxt yazılarımı paylaşmamışam

Bədii yaradıcılığa hələ tələbəlik illərindən başlamış yazar Saday Şəkərli yazılarını ilk olaraq "Feysbuk" sosial şəbəkəsində paylaşdığını bildirdi. O, sosial şəbəkələrdə aktiv müzakirələrin onun yazılarına yaxşı təsir etdiyini, bununla da səhvlərini daha tez aşkarladığını qeyd etdi.

Yazıçı Afaq Məsud isə yazılarını ilk olaraq həyat yoldaşı ilə bölüşür:

"Yazılarımı ilk olaraq həyat yoldaşımla paylaşıram. Buna səbəb isə onun bədii zövqünə inanmağımdır. Bundan başqa, o, yazılarımda qüsur gördükdə mənə bildirir. Onun fikirləri mənə daim maraqlı olub".

Xalq şairi Musa Yaqub isə bu cür adətinin olmadığını, yazılarını çapdan öncə heç kimlə bölüşmədiyini bildirdi. O, nadir hallarda yazılarını qızı ilə bölüşür. Şair bildirdi ki, bəzən yazılarını məclislərdə xoş sözlər qismində dostlarına təqdim edir.

Qismət də Afaq xanım kimi yazılarını ilk olaraq həyat yoldaşı ilə bölüşür. Buna səbəb isə həyat yoldaşının daha yaxında olması və onun zövqünə xüsusi etibar etməsidir:

"Amma bəzən yazılarımı yazar dostlarımla da paylaşıram. İnternet vasitəsi ilə yazar dostlarımın elektron poçtlarına göndərib hər birinin fikrini alıram. Onların tərif və tənqidləri mənə hər zaman maraqlıdır".

İndi yazılarımı kimsəylə paylaşmıram

"Daş yuxular" əsərinin müəllifi, son zamanların ən böyük qalmaqalını yaşayan nasir Əkrəm Əylisli isə yazılarını bir zamanlar yazar dostları ilə paylaşdığını, amma son dövrlərdə kimsəylə bölüşmədiyini bildirdi:

"Bir zamanlar bütün yazılarımı yazar dostlarımla paylaşırdım. Bu siyahıya Anar, Ramiz Rövşən, Yusif Səmədoğlu və başqa tanınmış yazıçılar daxil idi. O ki qaldı ailə üzvləri ilə bölüşməyə, bunu etməmişəm. Çünki bizim ailədə məndən başqa ədəbiyyatla məşğul olan olmayıb.

Aqşin Yenisey də həyat yoldaşının ilk oxucusu olduğunu bildirdi. Amma bunun səbəbi fərqli imiş:

"Mənim yazılarıma xüsusi maraq hər zaman həyat yoldaşım tərəfindən olur. Hər axşam evə gələn kimi yazılarım, şeirlərimlə maraqlanır. Buna səbəb isə mənim şeirlərimi sevməsi deyil, sadəcə, növbəti şeirimin hər hansı bir qıza aid olub-olmadığını müəyyən etmək istəyidir. Mən heç vaxt yazılarımı kiminləsə bölüşmürəm. Çünki hər zaman öz düşüncələrimə güvənmişəm".

Tarix
2013.12.03 / 22:50
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla