Yuxarı

“Yuğ” teatrında zikr olacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aytən Məmmədova... "Yuğ" teatrının rejissoru... Söhbətləşdik və bu teatrın Azərbaycan tamaşaçısı və ümumiyyətlə, sənət üçün dəyərini və yerini müəyyən etmək istədik...

Vaqif İbrahimoğludan başlayan yol

- "Yuğ" layihəsinin müəllifi mərhum rejissor, mənim ustadım Vaqif İbrahimoğludur. Bu teatrın yetirməsi olan rejissorlar Azərbaycanın müxtəlif teatrlarında, eləcə də Novosibirsk, Tümen, digər MDB dövlətlərində çalışırlar. Hamımız çalışırıq ki, poetikaya sadiq qalaq.

Andeqraund mədəniyyətinin ilk nümunəsi

- Andeqraund mədəniyyəti səhv etmirəmsə, nəzəriyyə olaraq sovetlərdə də qadağan olunsa da, vardı. Bizim teatra bina verilməsə də, hələ sovet dağılmadan öncə fəaliyyətimiz olub və hələ o zaman müəyyən elementlərdən istifadə edərək tamaşalar qoyurdular.

YUĞ teatrı ilk dəfə Akademik Milli Dram Teatrının 4-cü mərtəbəsində kiçik səhnədə olub, studiya kimi orada açılıb, sonradan indiki binaya köçüb.

"Yuğ" "Eşq" ilə gəlir

- Tamaşanın adı "Eşq" yaxud "Biz doğmayıq"dır. Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi"si və bir neçə hekayəsi, yazışmaları və vəzlərindən istifadə etmişəm, amma sinopsisin (quruluş planı) müəllifi özüməm...
Janrı dramatik zikrdir. 4 nəfərin 1 nəfər üçün meditasiyası... Dində də bu zikr adlanır. Yaponlardasa Sakura deyirlər buna. Yəni albalı çiçəyinə baxıb meditasiya etmək...

Tamaşanın ümumi xronometrajı bir saatdır. YUĞ teatrının özəl olaraq öz poetikası var. Tamaşanın sxemi əvvəlcədən qurulub... Blokları, keçidləri, yəni sırf YUĞ-psixosof poetikasına uyğun işləmişik, o şərtlərə əməl etmişik.

Başqa teatrlarda Stanislavski ilə işlənilirsə, bizdə psixosof poetikası ilə işlənir.

Temporitm

- Temporitmi soruşursunuzsa, YUĞ poetikasında gərginlik, bunun özündə də aram, sakitlik var.

Ünvan

- Konkret təbəqəyə ünvanlanmayıb. Müəllimimin bir sözü vardı, deyirdi ki, rejissor tamaşaçını öz arxasınca aparmalıdır, onun səviyyəsinə enməməlidir.

Qapı açıqdır, dövlət müəssisəsidir, tamaşalar gedir, hamı gəlsin maraqlansın. Əgər izlədikləri çətindirsə, onu başa düşməyə çalışmaq lazımdır. Kütlə ümumiyyətlə, öz üzərində işləməlidir.

Dövlət səviyyəsində teatrlara qayğı...

- Olar yəqin nə vaxtsa... Pozitiv düşünüb optimist olmaq istəyirəm.

Dekorasiyalar

- Mənə nə lazımdır? Göydür, yerdir, onların simvoludur, zikr təsbehidir. Mənim üçün əgər aktyor səhnədə var olursa, o enerjini paylaşırsa, demək hər şey qaydasındadır.

Tamaşaçıya çatdırmaq istədikləri

- O mənim kriptomdur, deyə bilmərəm. Sadəcə, aqressiyamdan, eqomdan qurtulmaq istəyirəm. Cəmiyyətdə həddindən çox aqressiya var. Hər insan həyatda mənliyini yox, eqosunu, paxıllığını ortaya qoysa, təsəvvür edin nələr ola bilər...

Tarix
2013.12.04 / 22:15
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd... - AB

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla