Yuxarı

Sumqayıt teatrında narkoman - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Kamran Nəzirlinin "Narkoman" pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

Bu barədə Axar.az-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Böyük tamaşaçı marağına səbəb olan tamaşanın quruluşçu rejissoru respublikanın Xalq artisti Kamran Quliyev, ikinci rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Naxçıvan MR-nın Əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı, əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Anşlaqla keçən tamaşada əsas rolları Yeganə Məmmədəliyeva, Cəlal Məmmədov, Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, İlqar İbrahimov, Rövşən Əsgərov və başqaları ifa ediblər.

Qeyd edək ki, əsərin mövzusu və məzmunu müasir həyatımızda baş verən hadisələrdən götürülüb. Burada qəhrəmanlar müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda mübarizə aparırlar.

Tarix
2014.11.03 / 15:45
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla