Yuxarı

Türklərə vurulan zərbə: SSRİ bunları etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk varlığında doqquz tuğun sirri (9 qotazlı bayraq)

Birinci yazı - Azərbaycan

Yer üzündə ən qədim tarix olan türk tarixi pərakəndə, yarımçıq şəkildə, ən yaxşı halda müxtəlif dinlərin, fikirlərin təsiri altında yazılan yazılardan ibarətdir. Türk tarixinin dəqiq yazılması fikri 20-ci əsrin 30-cu illərində Türkiyədə ortaya atılsa da, buna hər cəhdlə mane olan qüvvələr türk tarixini gah qeyb olmuş bir qitə mifi, gah da Altayda Tanrı dağları adlı yerdə qurddan doğulan uşaqlarla bağlı əfsanə, əsatir kimi yazdılar.

Parçalanaraq ayrı düşməklərinin fərqinə varmayan bir sıra türk dövlətləri gerçək türk tarixi haqqında yazılar əvəzinə, “milli keçmişimiz, tariximiz” deyərək müxtəlif tarixlər yazdılar: Qazax tarixi, Özbək tarixi, Qırğız tarixi. Hətta kiçik bir vilayət olan Türkmənistan da bundan həvəslənərək öz tarixini yazdı.

Yer üzünün ən nəhəng coğrafiyası olan Türküstan, Turan əraziləri bir-birindən qədim abidələr, fərqli dinlər, dillər, adətlər, bayramlar, geyimlərlə zəngin olsa da, bir çox tarixçilər, alimlər, arxeoloqlar əsasən maddi cəhətdən təmin olunmadıqlarını dilə gətirərək, araşdırmalarını dayandırıblar, başqa bir qismi isə o dövr hökumətlərin basqılarından, Sovetlər dönəmində isə sürgün və güllələnmələrdən çəkinərək, araşdırmalara son veriblər.

Bunlara baxmayaraq, bir çox alimlərimiz əlverişli zamanlarda yenidən zəngin tariximizi araşdırmağı ibadət qədər vacib bilərək axtarıb, öyrənib və bir çox qiymətli məlumatlar əldə ediblər. 1996-cı ildə tarixçi alimlərimiz Y.Yusifov və S.Əliyarov ölkəmiz ərazisindən tapılan, e.ə 2350-ci illərə aid daş lövhələri oxumağı bacararaq, bu yöndə araşdırmalar aparıblar.

Hazırda Parisdə Luvr muzeyində sərgilənən gil lövhələrdə 22-dəfə “turuki”, “türki”, “turkia” sözünün keçməsi bütün antik tarix araşdırmaçılarına məlumdur. Bu lövhələr indiki İran, İraq, Türkiyə, Suriya bölgələrindəki qədim yaşayış yerlərindən tapılıb. Diqqətlə öyrənildikdən sonra isə hiyləgərliklə ört-basdır edilmə məqsədi ilə muzeyə təhvil verilib.

Azərbaycan ərazisi türk tarixinin araşdırılması üçün ən əlverişli məkan olaraq bütün tarixçilərin diqqətini hər zaman cəlb edib. Ölkəmizin ərazisində var olan dövlətlərə, dini idarə sistemlərinə aid abidə və məbədlərin qalıqları bu gün də varlığını qoruyub saxlayıb. Bu gün bütün tarixçilərin qəbul etdiyi Urmu nəzəriyyəsi və Xəzər ərazisindən qövmlərin köçü yaşadığımız coğrafiyanın tarixi zənginliyindən xəbər verən ən böyük sübutdur.

Qədim Azərbaycan ərazilərinin zaman-zaman Kuti, Turuki, Şumer, Akkad, Saka, İskit dövlətlərinə ev sahibliyi etdiyi və bu antik türk dövlətlərinin ölkəmiz hüdudundan on minlərlə kilometr uzaqlarda sərhədlərinin bitdiyini bu gün çoxumuz bilmirik. Norveç, İsveç, Şotlandiya və s. Avropa dövlətlərinin alimləri zaman-zaman ölkəmizə səfər edib, ulu əcdadlarının atalarının izlərinə rast gəlib, bunu böyük iftixarla qəzet və jurnallarda dilə gətiriblər.

Şotland kralı 1320-ci il 6 mart tarixli bir məktubunda Bizans imperatoruna “Biz də etrükslərlə eyni qanı daşıyırıq. Atalarımız iskitlərdir (schot)” yazıb. Avropada “qotlar” olaraq bilinən bir çox qraflıqlar, hersoqluqlar bu gün də var.

İstər ziyalı, istər ictimai təbəqə arasında bir söz var: “Tarix diktə edilmiş fərziyyədir”. Bəlkə də bu gərəksiz sözə görə bizi savadsız, biliksiz hesab edənlər var. Çünki bütün ölkələrin istənilən təbəqəsi özünün gələcəyini milli keçmişinin verdiyi qürurla hazırlayır, keçmişlə gələcəyin arasında yeganə körpü özünün olduğunu dərk edir və bununla da irəli addımlayır.

Azərbaycan tarixi sabah dünyaya gələcək övladımızın yüksəlməsinin ən mühüm pilləsidir. Bu pillələri möhkəmləndirmək, gələnlərimizin büdrəməməsi üçün sağlam tutmaq hər birimizin borcudur.

Tarix
2019.01.04 / 08:45
Müəllif
Sənan Turanlı Qılınc Arslan
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla