Yuxarı

Tahir İmanov Hüseynovla bağlı çağırış edib? - Saxtakarlıq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, yumor ustası Tahir İmanovun adından Feysbuk sosial şəbəkəsində saxta profil yaradılıb.

Kult.az xəbər verir ki, bu barədə əməkdar artistin özü məlumat verib. Tahir İmanov qeyd edib ki, məlum profil saxtadır və orada səsləndirilən çağırışların onunla heç bir əlaqəsi yoxdur:

“Feysbukda mənim adımdan saxta profil yaradılıb. Hansı ki, həmin profildə insanları həbsdə olan bloger Mehman Hüseynovu müdafiə etməyə yönəlik çağırışlar yerləşdirilib.

Mən bildirirəm ki, sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur. Mən Heydər Əliyev ideyalarına sadiq insanam və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil.

Mənim adımdan saxta profil yaradan, yalan bəyanatlar yayan şəxsləri bu işə son qoymağa çağırıram. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalacam”.

Tarix
2019.01.05 / 22:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla