Yuxarı

Məşhur portal çay mədəniyyətimizdən yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın kultura.uz portalı “Azərbaycanda çay: qonaqpərvərliyin sinonimi və rəmzi” adlı məqalə yayıb.

Azərtac xəbər verir ki, məqalədə hələ XII əsrdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində Azərbaycanda çay içilmə mədəniyyətinin əks olunmasından bəhs edilir.

Bildirilir ki, milli mədəniyyətin bir parçası olan çayiçmə mərasimi təkcə evlərdə yox, şəhər, kənd və qəsəbələrdəki səfalı yerlərdə də təşkil edilir. Azərbaycanda elə bir şəhər, qəsəbə, kənd yoxdur ki, orada çay evi olmasın. Çay evi təkcə çay içmək deyil, həm də söhbət etmək, xatirələri bölüşmək üçün bir məkandır.

Yazıda qeyd edilir ki, çay elçilik mərasimində də xüsusi yer tutur. Bu mərasimdə çay vasitəsilə elçilərə müəyyən informasiya verilir. Əgər elçilərin təklifi qəbul edilərsə, süfrəyə şirin çay gətirilir, əgər təklif qəbul olunmursa, çaya qənd atılmır.

Tarix
2019.01.06 / 12:21
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla