Yuxarı

Dünyanın ən varlı insanı boşanmaq qərarını elan etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı insanı, Amazon kompaniyasının başçısı Ceff Bezos və onun xanımı Makkenzi Tattl boşandıqlarını elan ediblər.

Kult.az xəbər verir ki, bu barədə məlumat sahibkarın Tvitter səhifəsində yerləşdirilib.

“Biz istəyirik, insanlar bizim həyatımızın necə davam etdiyini bilsinlər. Uzun müddətli ehtiyatlı tədqiqatlar mərhələsindən və ayrı yaşamağı sınaqdan keçirdikdən sonra biz boşanmağı və dostcasına münasibət saxlamağı qərara aldıq”, - cütlüyün birgə bəyanatında belə deyilir.

Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var.

"Forbes" nəşri Bezosun varidatını 150 milyard dollar həcmində qiymətləndirir. 2018-ci ilin martında "Amazon"un başçısı dünyanın ən varlı insanlarının illik reytinqində "Maykrosoft"un yaradıcısı Bill Qeytsi qabaqlayaraq birinci pilləyə yüksəlib. Sentyabrda "Amazon" kapitalı bir trilyon dolları ötən "Əpl" (Apple) kompaniyasından sonra ikinci olub.

Tarix
2019.01.09 / 20:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla