Yuxarı

Quqldan bakılı alimə hədiyyə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 22-də dahi bakılı alim Lev Landaunun ad günündə Quql onun portreti olan “dodl” yerləşdirib, BBC-nin saytında isə görkəmli fizik, Nobel mükafatı laureatı haqqında geniş məqalə dərc olunub.

Kult.az xəbər verir ki, BBC-nin Nobel mükafatı və xoşbəxtlik nəzəriyyəsi: Lev Landau haqqında yeddi fakt” sərlövhəli məqaləsində fizik həmkarlarının “Dau” adlandırdıqları alimin həyatının ən maraqlı məqamlarından - 14 yaşında Bakı Dövlət Universitetini bitirməsi, 18 yaşında ikiatomlu molekulların spektri barədə ilk elmi işi, 26 yaşında dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru və bir ildən sonra professor olmasından bəhs edilir. Görkəmli alimin 1938-ci ildə Stalini “faşist” adlandıran mətnin redaktəsinə görə həbs olunması və yalnız Nils Bor və Pyotr Kapitsa kimi dünya şöhrətli alimlərin müraciətlərindən sonra azadlığa buraxılması da qeyd olunur. Məqalədə diqqətə çatdırılır ki, 1962-ci ildə kondensasiya olunmuş vasitələr, xüsusən maye helium üzrə yenilikçi nəzəriyyəsinə görə Nobel mükafatı alan Landau kvant mayeləri fizikasının da əsasını qoyub.

Məqalə müəllifi qeyd edir ki, Landau hər bir insanın xoşbəxt olmasının zəruriliyini, bunun üçünsə üç amilin – iş, sevgi və insanlarla ünsiyyətin vacib olduğunu deyirdi. Görkəmli alim yumor hissi ilə də seçilib. Bir sıra maraqlı aforizmlər - “Heçdən bir heç doğmalıdır”, “Toyuq quş deyil, loqarifm isə sonsuzluq ola bilməz”, “Biz alim deyilik, itə də nə isə öyrətmək mümkündür, biz, elm işçisiyik” kimi yarızarafat eyhamlar da ona məxsusdur.

Uşaqlıq illərində içki içməmək, siqaret çəkməmək və evlənməmək sözü verən Landau bu vədlərini birini pozaraq Konkordiya Drobantseva adlı qadınla evlənib.

Tarix
2019.01.22 / 21:18
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla