Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


Tanınmış yazıçı paltosunu niyə satdı – Acı həyat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Romanları ilə geniş oxucu kütləsi qazanan bir çox yazarların əslində maddi sıxıntı içində yaşadığını bilirdinizmi?

Bu yazarlar arasında Aleksandr Duma, Mark Tven, Peyami Səfa, Edqar Allan Po, Əhməd Həmdi Tanpınar kimi yazarlar da var.

Mark Tven borclarını verməkdə çətinlik çəkirdi

Amerikanın ən məşhur yazarlarından biri olan Mark Tven haqqında yayılan məlumatlara görə, zəngin biri olmaq üçün xeyli cəhd göstərsə də, hər dəfə uğursuzluğa düçar olub. Onun ən böyük sərmayə yatırdığı iş yeri isə 1885-ci ildə qurduğu nəşriyyat evi olub. Amma yayın evi az sonra iflasa uğrayıb. Yazıcı xüsusi ilə 58 yaşına qədər borc içində yaşayıb.

O, ancaq 5 il boyunca kitab yazaraq Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər bir çox ölkədə konfrans keçirərək borclarını ödəyə bilib.

Aleksadr Duma paltonusu satıb

İndi əsərlərini həyacanla oxuduğumuz Aleksandr Duma kirayə qaldığı evin pulunu ödəmək üçün hətta paltonusu satmaq məcburiyyətində qalıb.

Müflis olana qədər təxminən 5 milyon dollar sərvəti olduğu deyilsə də, gecə həyatı və içkiyə düşkünlüyü sonda onun səfil günə düşməsinə səbəb olub.

Digər səfil həyatı yaşayan yazar Edqar Allan Po da bənzər həyat yaşayıb. O, hətta 3 dollara qaldığı evin kirayəsini ödəyə bilməyib. Onun qumar və içkiyə düşkünlüyü haqqında kifayət qədər şayiələr olsa da, bu haqda dəqiq məlumat yoxdur. Bildirilir ki, içəcək bir şey tapa bilməyəndə saf spirt içib.

Maddi sıxıntı ucbatından əsərlərindən birini hətta 10 dollara satmaq məcburiyyətində qalıb. Yazar haqqında deyilən məlumatlarda bildirilir ki, həyat yoldaşı ölərkən pul tapmayan yazara sonda qonşuları yemək yardımı ediblər. Səfalət içində ömür sürən yazar 40 yaşında vəfat edib. Ölərkən son sözü belə olub: "Tanrım, mənim yazıq ruhuma kömək et".

Lev Tolstoy ayaqqabılarını özü tikib

Bənzər həyat yaşayan digər yazar isə dünyaca məşhur rus yazarı Lev Tolstoydur. Amma digərlərindən fərqli olaraq Tolstoy yoxsulluğu öz arzusuyla seçənlərdəndir. Zəngin bir ailədə doğulan Tolstoy təhsilinin ardınca doğma kəndi olan Yasnaya-Polyanaya dönərək yoxsul kəndlilər arasına qatılıb. Rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox üzürdü.

Mehmet Akif Ərsoy qışda paltosuz gəzib

Türkiyəli yazar, İstiqlal marşının müəllifi Mehmet Akif Ərsoy da son illərini acınacaqlı keçirən yazarlardandır. Ərsoy yazdığı İstiqlal marşının qəbul edilməsinə görə ona verilən 500 lirə mükafatı Qızıl Aypara cəmiyyətinə bağışlayıb. İndi hər bir türkün iftixarla dinlədiyi marşın müəllifinin hətta qışda paltosuz gəzdiyi iddia olunur.

Əhməd Hamdi Tanpınar da sıxıntılar içində yaşayıb. 61 yaşında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişən yazarın ən yadda qalan cümləsi bu olub: "Birazdan həkim müayinəsinə gedəcəm. İçimdə hər şey alt-üstdür. Müayinəyə isə cibimdə sadəcə 1 lirə ilə gedirəm".

Yazını hazırlayarkən Azərbaycan yazarlarının da maddi sıxıntılarını öyrənmək istədik. Bəlli oldu ki, yerli yazarlarımız heç də yuxarıda adı çəkilənlərdən az sıxıntı çəkməyiblər.

Kirayə pulunu ödəyə bilmədiyim üçün…

Yazar Cəlil Cavanşir hər zaman olduğu kimi, elə indi də maddi sıxıntı çəkdiyini bildirdi. O, başına gələn kiçik əhvalatı da bizimlə paylaşdı.

"2011-ci ildə "Ulduz" metrosuna yaxın gecəqonduların birində kirayədə qalırdım. Balaca bir daxma idi və mən o daxmaya ayda 100 manat kirayə ödəyirdim. Bir müddət kirayə pulunu verə bilmədiyim üçün evə gedə bilmədim. Çarəsizlikdən növbə ilə dostların, qohumların evində, hətta bəzən internet klublarda və metronun yaxınlığında tikilməkdə olan mağazanın içərisində də gecələyirdim. Noyabr-dekabr ayları bildiyiniz kimi çox soyuq keçir və mən həmin il qışı qapı-pəncərəsi olmayan tikilidə keçirməli oldum.

O evdən ayrılanda kirayə haqqını verə bilmədiyim üçün şair Murad Köhnəqalanın mənə hədiyyə etdiyi bilgisayarı ev yiyəsi əlimdən aldı.

Mən idmançı, yada müğənniyəm ki, evim olsun?

"Mən indi də evsizəm. Bir yandan baxanda mənim niyə şəxsi evim olmalıdır ki? Nə idmançıyam, nə də müğənni… Mənim oğlum kirayələrdə, yarıçılpaq, yarı ac böyüməlidir ki, vətənə faydalı övlad olsun. Əgər öz evim olsa, cızığımdan çıxaram. Yazıçı kirayələrdə çürüyüb, sonra da ya qaraciyər serrozundan, ya da vərəmdən ölməlidir. Ya da çətinliklərə dözməyib intihar etməlidir ki, xalq kitaba da, ədəbiyyata da yuxarıdan aşağı baxsın".

Kənan Hacının yaşadığı dram isə tam fərqlidir. O bizimlə söhbətində bildirdi ki, bir vaxtlar ev əvəzinə 2 ay təmirsiz hamamda yaşayıb.

"Hətta vəziyyət o yerə çatmışdı ki, böyrəklərim və ciyərim tamamən sıradan çıxmışdı".

Yazar Sayman Aruz da çətinliklərlə üz-üzə qalan yazarlardandır. O, uşaqlığını küçələrdə kitab satmaqla keçirdiyini bildirdi: "Uşaq vaxtı araba üzərində kitab satmaqla pul qazanırdım. O qədər kitablarımı oğurlayıblar ki… İndi Azərbaycanda yazarlıqla dolanmaq mümkün deyil. Mütləq əlavə məşğuliyyətin olmalıdır. Tək onu deyə bilərəm ki, bu sahə mənə heç nə vermədi, əksinə, aldı".

Tarix
2013.12.05 / 21:09
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

Azərbaycan xanının xəlifəyə qandonduran məktubu - Video

85 milyon illik dinozavr tapıldı - Foto

Eynşteynin irqçi fikirləri dərc olundu: Çinlilər pinti və...

Novruz Məmmədov Parisdə sərgidə çıxış etdi - Foto

"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - Video

Bəzi verilişlər uşaqların əxlaqını pozur – Millət vəkili

AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – Foto

Zina edən qızın atasından son xahişi...

Güneylilərin qadağan verilişinin yeni buraxılışı - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla