Yuxarı

ADU elan etdi: şərçilərdən alınan təzminat belə xərclənəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.

Kult.az xəbər verir ki, universitetin rektoru akademik Kamal Abdullanın və professor-müəllim heyətinin iştirak etdiyi iclasda son vaxtlar müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla bağlı xüsusi müzakirə aparılıb. Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd edərək, bu kimi hallara öz qəti etirazlarını bildiriblər. Onlar bununla bağlı zəruri hüquqi addımların atılmasının vacibliyi haqqında universitet rektoru qarşısında məsələ qaldırıblar.

Qərar alınıb ki, Azərbaycan Dillər Universiteti həyata keçirdiyi islahatlar, kadr dəyişikliyi, tədris keyfiyyətinin daha təkmilləşməsi ilə bağlı atdığı addımları obyektiv işıqlandırmaq üçün öz qapılarını medianın üzünə açmağa bundan sonra da hazır olacaq. Mətbuat nümayəndələri bütün bunlarla bağlı universitetə gələ, onları maraqlandıran suallara cavab ala bilərlər:

“Saytlarda Azərbaycan Dillər Universiteti ilə bağlı yazılan böhtan xarakterli materiallar yer alarsa, həmin şəxslər və saytlar haqqında Mətbuat Şurasına, o cümlədən məhkəməyə müraciət ediləcək, əlbəttə ki, nəticə universitetin xeyrinə həll olunacaq və əldə olunan təzminat tələbələrə veriləcək”.

Tarix
2019.02.18 / 21:41
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla