Yuxarı

ADU açıqlama yaydı: İşdən qovulan bu xanımın niyyəti...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin işdən çıxarılan əməkdaşı Pərvin Mürsəlova bəzi saytlarda universitetin rektoru akademik Kamal Abdullanın adını hallandırmaqla bəzi əsassız ittihamlar irəli sürüb. O, “Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” “bəyanat”ını verməklə, görünür, ürəyində hələlik gizli saxladığı məqsədinin ilkin anonsunu verir.

Axar.az xəbər verir ki, bu sözlər ADU-nun mətbuat xidmətinin yaydığı açıqlamada əksini tapıb. Məlumatda bildirilib ki, Pərvin Mürsəlovanın bu “bəyanat”ından aydın olur ki, guya Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla onu təhdid edir, özünü və yaxınlarını hədələyir.

“Halbuki, işdən əsaslı şəkildə uzaqlaşdırılan bu xanımla bir dəfə də olsun heç bir universitet rəsmisi əlaqə saxlamayıb, dolayı yollarla olsa da, ona hansısa mesajlar ötürməyib. Pərvin Mürsəlovanın bu bəyanatı ondan xəbər verir ki, o, ölkədən qaçmaq, xaricdə sığınacaq almaq niyyətindədir. Çünki sığınacaq almaq üçün müraciət edildikdə, həmin şəxsin və yaxınlarının təhlükəsizliyinə problem yaradılması, o cümlədən təqib olunması ilə bağlı fakt və sübutlar tələb edilir. Halbuki, bu cür fakt və sübutlardan söhbət belə gedə bilməz”.

Bildirilib ki, Pərvin Mürsəlovanın səsləndirdiyi ittihamları əsassızdır. Azərbaycan Dillər Universitetinin Mətbuat xidməti universitet əleyhinə səsləndirilən şər və böhtan xarakterli bütün yazıların rəsmi təkzibini verir, faktlarla və sənədlərlə həqiqətləri ictimaiyyətə təqdim edir:

“Təkrar qeyd etmək istəyirik ki, xüsusilə universitetdə iğtişaşlar yaratmağa, tələbələri aksiyalara cəlb etməyə çalışan, əmək intizamını kobud şəkildə pozan, işində ciddi nöqsanlar buraxan və bütün bunlara görə də universitetdən çıxarılan Pərvin Mürsəlova, həmçinin, onun yaxınları nə Azərbaycan Dillər Universiteti, nə də şəxsən Kamal Abdulla üçün maraqlı deyil.

Pərvin Mürsəlova şər və böhtan xarakterli çıxışları ilə sadəcə çirkin niyyətini əyani şəkildə təcəssüm etdirir. Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən, universitetin nüfuzuna xələl gətirən şər və böhtan xarakterli yazılar barəsində hüquqi müstəvidə ölçü götürüləcək”.

Tarix
2019.02.19 / 22:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla