Yuxarı

Əyyubi Azərbaycan əsillidir - Misirdə müzakirə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Misirin tarixi abidələr nazirinin müavini Mustafa Amin Mustafa ilə görüşərək danışıqlar aparıblar.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, bu görüşü Azərbaycanın Misirdəki səfirliyi təşkil edib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Misir kimi qədim sivilizasiya mərkəzi olduğunu bildirərək, nazir müavininə Azıx mağarası, Qobustanın qayaüstü rəsmləri, Nuh tufanı - Naxçıvan və s. haqqında məlumat verib.

Mustafa Amin Mustafa qeyd edib ki, onlar Azərbaycan abidələrinin, o cümlədən işğal altında olan və tarixi Azərbaycan torpaqlarında yerləşən mədəni memarlıq irsinin Misirdə, Misir abidələrinin isə Azərbaycanda təbliğinə hazırdırlar.

Tarix İnstitutu və Misirin tarixi abidələr nazirliyi birgə konfransların keçirilməsi və əsərlərin nəşri barədə razılığa gəliblər.

Daha sonra Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Elmi Araşdırmalar Akademiyasının vitse-prezidenti Samih Hamdi Surur ilə görüşüb.

Görüşdə Yaqub Mahmudov bildirib ki, azərbaycanlı alimlər bütün İslam dünyasına yayılıb və olduqları yerlərdə mədəniyyətin inkişafına töhfə veriblər. Bunun nəticəsidir ki, İbrahim Gülşəninin qəbri Qahirədə, İmadəddin Nəsiminin qəbri Hələbdə, Məhəmməd Füzulinin qəbri Kərbəlada, Nəsirəddin Tusinin qəbri isə Bağdaddadır.

O qeyd edib ki, Səlahəddin Əyyubi Azərbaycan və Misirin ortaq qəhrəmanıdır: “O, əslən Azərbaycandandır”.

Tarix İnstitutu ilə Misir Elmi Araşdırmalar Akademiyası arasında elmi əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

Akademik Misirin tarixi abidələr nazirliyinə və Misir Elmi Araşdırmalar Akademiyasına Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarını təqdim edib.

Tarix
2019.02.23 / 00:20
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla