Yuxarı

Dünyanın yaşamaq üçün ən yaxşı və ən pis şəhəri - Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyana şəhəri onuncu dəfə “dünyanın ən yaşamalı şəhəri” seçilib.

Kult.az xəbər verir ki, insan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi olan “Merser” tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanırlar. Builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci yeri tutub, Almaniyanın Münxen, Kanadanın Vankuver və Yeni Zelandiyanın Oklend şəhərləri 3-cü yeri bölüşdürüblər.

Builki renkinqdə ilk onluqda yenə Avropa şəhərləri üstünlük təşkil ediblər: Düsseldorf (6), Frankfurt am Mayn (7), Kopenhaqen (8), Cenevrə (9) və Bazel (10).

21-ci dəfə dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər nəzərə alınıb. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malik olub. Qiymətləndirmə dünyanın müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarda çalışan və ya uzunmüddətli ezamiyyətlərdə olan işçilər arasında aparılan sorğu əsasında tərtib edilir.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.

Tarix
2019.03.13 / 22:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla