Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2019


Afət ordusu: xalq necə məhv olur?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrin ölkəmizdə kütləvi şəkildə istifadəsinə başlanıldıqdan sonra 7-dən 77-yə hər kəsin yeni bir duyğusu yarandı, adını da qoydular “yumor hissi”. Hazırda şəxsi dublyajları, məzəli videoları paylaşmaq üçün günü-gündən yeni aplikeyşnlar yaradılır.

Yeni gündəm olduğu vaxtlarda bu işin öhdəsindən İnstaqram gəlirdi. Blogerlər, vaynerlər, dublyorlar meydana çıxdı, hələ “kal” olan yeniyetmələrin sanki damarını tutdu, bir-birindən fərqli videolar yaymağa başlandı. Mahiyyət etibarilə təkrarçılıq olan “yumoristik çarx” adı ilə təqdim edilən belə videoların isə milli şüurun formalaşmaması, Qərbə məxsus mənfi hesab edilən ideyaların ötürülməsində müstəsna xidmət daşıyacağını o zamanın vaynerləri çox güman ki, görə bilməmişdi.

Bu yaxınlardan Azərbaycanda məşhurluq qazanan “Tik Tok” isə İnstaqramın belə aça bilmədiyi qapıları açıb, aşmadığı divarları aşdı. O zaman belə şəxslərin sayı barmaqla sayılası olsa da, hazırda hər bahalı telefonu olan bu işlə məşğuldur. Bəs bu insanların işi nədir?

Məzəli videoları tapıb onları dublyaj edib bu xalqı “güldürmək”...

Azərbaycan xalqını gülüşlə oyatmaq ənənəsi Mirzə Cəlilin “Molla Nəsrəddin”indən başlayır. Amma Mirzə Cəlil “gülüş”ü gülüş deyil, satira idi, kinayə ehtiva edirdi. Hər hansı tanınmış simanın parodiyasına deyil, cəmiyyəti inkişafdan saxlayan nadanlara yönəlmişdi. O vaxtın “Mozalan”ı bu ideyanın öhdəsindən çox yaxşı gəlirdi. Axundzadə də məqalələrində vurğulayırdı ki, pis və çirkin əməlləri insanın təbiətindən kritika, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.

Amma Axundzadə “məsxərə” deyərkən yəqin ki, toplumun “məsxərələrlə” bu cür formalaşa biləcəyini ehtimal etməmişdi...

İndiki “gülüş” məcrasından çıxıb. Musiqi zövqümüzün korlanması ilə yanaşı, artıq “yumor” zövqümüz də korlanıb. Toplum iki hissəyə bölünüb: Damlaların, Afətlərin, Pərvizlərin fanat ordusuna çevrilənlər, onları daşa tutaraq özünə “izləyici kütləsi” yığaraq gülənlər, güldürənlər... İndi özünə sual verən yoxdur ki, mən nəyə gülürəm, nəyi təqlid edirəm? Yaxud kimi təqlid edirəm? Bu təkrarladığım dublyajlar, vaynerlər mənə, yaxud ümumxalq düşüncəsinin formalaşmasına hansısa töhfələr verəcəkmi?!

Yuli Sezar deyirdi ki, bir xalqı məhv etmək üçün onu xırda ticarətə, çalıb-oxumağa və əyləncəyə öyrəşdirmək kifayətdir. Bu deyim indiki durumumuz haqda mesaj ötürmürmü?! Bizə indi gülüş, yumor hissi olan insanlar, mahiyyəti dərk etmədən təqlidçilik edənlər, oynayanlar lazım deyil. Bizim kifayət qədər bunu yaxşı bacaran, bu yöndə təhsil alan aktyorlarımız var. Bizə səthi insanların korladığı cəmiyyəti, itirilmiş gəncliyi qazanmağa yardımçı ola biləcək, tör-töküntüləri atacaq yeni Mirzə Cəlillər, Sabirlər, Axundzadələr gərəkdir...

Tarix
2019.03.16 / 08:45
Müəllif
Aytac Araz
Şərhlər
loading...
Digər xəbərlər

AzTV-də daha bir yenilik: studiya… - Foto

Musa Yaqubun ailəsində sevinc - Oğlu danışdı

AzTV-dən növbəti ilk: xarici ekspertlər faktları açdılar... - Video

Şirvanşahın 500 illik sikkəsi su qiymətinə satılır - Foto

Bu səhvlər kanalın adına ləkədir – Sənani

Leyla Əliyeva “Mənim balaca şahzadəm”in təqdimatında - Foto

ADU-da İsraillə bağlı “Səmavi dinlər” sərgisi – Foto

Dünya tarixində ən böyük dövlət hansıdır?

DTX-da "Qırmızı papaq" tamaşası nümayiş etdiriləcək

Bəstəkar etiraf etdi: "Avroviziya" siyasi oyundur!

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla