Yuxarı

ADU-da yeni mərkəzin açılışı oldu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub.

Kult.az xəbər verir ki, mərkəzin təntənəli açılışından əvvəl Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi münasibəti ilə konfrans təşkil edilib. Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla, Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçal, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Azərbaycan–Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku və başqa rəsmi qonaqlar iştirak edib.

Universitetin rektoru akademik Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağında Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını əlamətdar hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, ADU xarici dil və mədəniyyət mərkəzlərinin sayını daha bir mərkəzlə də genişləndirir. Akademik Kamal Abdullanın sözlərinə görə, ADU-da Rumın dili artıq tədris olunur, tələbələr bu dili böyük həvəs və məmnuniyyətlə öyrənirlər:

“Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iki dövlət arasında qarışılıqlı münasibətlər bu gün Prezidentlər cənab İlham Əliyevin və Klaus Yohannisin məqsədyönlü siyasəti nəticəsində daha da dərinləşib. Bu mərkəzin açılışı Azərbaycan-Rumıniya əlaqələrinin geniş kontekstində öz sözünü deyəcək, güclü, faydalı istiqamət olacaq. Biz Azərbaycan Dillər Universitetində hər hansı dili və mədəniyyəti təbliğ edərkən arzumuz ondan ibarət olur ki, öz dilimizin və mədəniyyətimizin həmin ölkədə təbliği üçün bizə şərait yaradılsın. Rumın tərəfi çox böyük məmnuniyyətlə bizim bu xahişimizi qəbul edib. Ümid edirik, yaxın gələcəkdə biz Rumıniya universitetlərindən birində Azərbaycan dil və mədəniyyət mərkəzinin yaradılmasında iştirak edəcəyik. Bizim universitetdə bu mərkəzin yaradılması sözün həqiqi mənasında böyük hadisədir. Mərkəzin yüksək səviyyədə fəaliyyəti üçün müəllimli-tələbəli əlimizdən gələni edəcəyik. Rumın dili və mədəniyyəti mərkəzinin açılması Azərbaycan-Rumıniya dostluq əlaqələrinin ən bariz təzahür formalarından biridir. Bu, eyni zamanda Azərbaycan və Rumıniya prezidentlərinin və xalqlarımızın bir-birinə münasibətinin təzahürüdür. Və nahəyət Azərbaycan və Rumıniya gənclərinin gələcəkdə yaranan və inkişaf edəcək münasibətlərinin bu gün təməli qoyulan təzahürüdür. Hamınızı bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm”.

Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçal iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi münasibəti kontekstində geniş məruzə ilə çıxış edib. Ana Birçal Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinin açılışını yüksək qiymətləndirib, universitetin rəhbərliyinə, o cümlədən kollektivə öz təşəkkürünü bildirib.

Rumıniya Parlamentlərarası İşçi qrupun rəhbəri, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku iki ölkə arasında siyasi, iqtisadi, elmi-mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, ötən on il ərzində bu istiqamətdə bir sıra vacib layihələrin həyata keçirildiyini diqqətə çatdırıblar.

Daha sonra tədbir iştirakçıları Novruz süfrəsinin qonağı olub, Azərbaycan Dillər Universitetində Rumın dilini öyrənən tələbələrlə ünsiyyət qurublar.

Tarix
2019.03.16 / 21:12
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla