Yuxarı

"Kaspi"nin iştirakı ilə "Zəfərə doğru"... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Kaspi" liseylərinin şagirdlərinin iştirakı və "Kaspi" Təhsil Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında "Zəfərə doğru" adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə "Kaspi" liseyinin müəllim-şagird kollektivi ilə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, media mənsubları və şəhid ailələri iştirak edib.

Tədbirin açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin ilk hissəsində izləyicilərə Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin,Vitse-prezident Mehriban Əliyevanın və "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevanın Aprel döyüşləri haqqında və Azərbaycan xalqının vətənpərvərlik ruhunun və əzminin daim digər dövlətlərə nümunəvi xarakter daşıması haqqında çıxışlarından ibarət video-çarx təqdim edilib.

Bir-birini əvəz edən və lisey şagirdləri tərəfindən hazırlanmış "Bölgələr", "Ana, mən şəhid oldum", " Dədə Qorqud", "Azərbaycan", "Dalğalan bayrağım" və s. kimi kompozisiyalar nümayiş olunub.

Sonda Aprel döyüşlərinin qaziləri və şəhid ailələri səhnəyə dəvət edilib. Səhnəyə dəvət olunan S.Vəliyeva Aprel döyüşlərinin xalqımızın iradəsinin zamandan və şəraitdən asılı olmayaraq heç bir qüvvə tərəfindən qırıla bilməyəcəyinin 22 il sonra bir daha sübut edildiyini dilə gətirib. O, "Kaspi" liseyinin şagirdləri qismində məktəb şagirdlərində vətənə qarşı sevgi və vətənpərvərlik hislərinin daim yüksək səviyyədə qaldığına şahid olduğunu və bunu müsbət mənada dəyərləndirdiyini bildirib.

Tarix
2019.04.15 / 21:22
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla