Yuxarı

Varşava Universitetində Azərbaycan tarixi tədris edilir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Asiya və Afrikada ənənələr və müasirlik: birgəyaşayış və ya konflikt?” mövzusunda şərqşünasların V Ümumpolşa konfransında Azərbaycan tarixinə dair məruzələr dinlənilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Kult.az-a bildirilib ki, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova konfransda “Şərqdə diplomatik missiyalar (Hülakülər, Qaraqoyunlu və Səfəvilər dövrü)” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Varşavanın Lazarski Universitetində “Azərbaycan – Qafqazın incisi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanşünaslıq Mərkəzi universitetin tələbə və müəllim heyətini Azərbaycan xalqının tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış edib. Mərkəzin rəhbəri Nərgiz Axundova “Azərbaycan: dünən və bu gün” adlı təqdimat edərək, xalqımızın tarixi kökləri, abidələrimiz, müasir Azərbaycanın inkişafı və onun beynəlxalq arenadakı yerindən danışıb. Lazarski Universitetinin tələbələri isə Bakı şəhərinin görməli yerləri barədə qısametrajlı film təqdim ediblər.

Azərbaycanşünaslıq Mərkəzinin rəhbərliyi ilə Varşava Universitetində Azərbaycan tarixi 4 istiqamətdə (qədimdən Səlcuqlar dövrünədək, orta əsrlər tarixi, Azərbaycanın çar və sovet Rusiyası tərəfindən işğalı və Azərbaycan Respublikasının xarici siyasəti) tədris edilir. Polyak və xarici tələbələr tariximizə böyük maraq göstərirlər. Tələbələr Azərbaycan tarixi barədə təqdimatlar hazırlayır və məqalələr yazırlar. Bundan əlavə, Varşava Universitetində Azərbaycan mədəniyyətinə dair dərslər keçirilir və Azərbaycan dili tədris olunur.

Qeyd edək ki, Tarix İnstitutu dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. Polşadakı Azərbaycanşünaslıq Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Yaxın zamanlarda Misirin Qahirə Universitetində də Azərbaycanşünaslıq Mərkəzinin yaradılacağı gözlənilir.

Tarix
2019.04.16 / 01:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla