Yuxarı

Səməd Vurğunun “havası” dəyən 80 yaşlı gənc...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi Sabir Rüstəmxanlı AYB-yə müraciətlər fonunda maraqlı bir xatirəsini paylaşıb.

Kult.az xalq şairinin adını açıqlamadığı müəllif haqda qeydlərini təqdim edir:

“1986-cı il. “Yazıçı” nəşriyyatının baş redaktoruyam. Bir müəllifin qəbula gəldiyini dedilər. Yaşlı adammış. Qapıya çıxıb içəri dəvət etdim. Görkəmi sayqı hissi oyadırdı. Şeirlərini nəşr etdirmək istəyirmiş. 5 vərəq, 10 vərəq çevrildi. Bəlkə nəhayət bir şerini taparam deyə, xeyli oxudum əlyazmasını. Xətrinə dəymək istəmirdim. Axırda dözmədim: “Burda şeir yoxdur!" - dedim.

Halını pozmadan, təmkinlə, “Sabir müəllim, siz nə danışırsız, mən Səməd Vurğunun yadigarıyam, vaxtilə onunla bir yerdə ədəbiyyat dərnəyinə getmişik, onun havası dəyib mənə”, - dedi.

Dözmədim, mən də eyni təmkinlə, “Rəhmətliyin oğlu, Səməd Vurgun yazdı, yaratdı, dünya şöhrəti qazandı, 30 il bundan əvvəl də ölüb gedib, sən indi gəlmisən ki, onunla dərnəyə getmişəm, mən də şeir yazmaq, kitab buraxdırmaq istəyirəm. Nə adla buraxaq bu kitabı? Gənc şairin ilk kitabı?"

Sonra qovluğu bağlayıb qaytardım bu 80 yaşlı şeir həvəskarına...

İndi də tez-tez belə müraciətlər olur. AYB- yə üzv olmaq istəyənlər tərəfindən...”

Tarix
2019.04.19 / 01:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla