Yuxarı

İngilis rəssamın işi fantastik qiymətə satıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngilis rəssamın işi fantastik qiymətə satıldı

Məşhur ingilis rəssam Cozef Mallord Uilyam Turnerin "Aventine yüksəkliyindən Roma" ("Müasir Roma") adlı əsəri Sosebayz hərrac evində rekord qiymətə satılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, əsəri 47 milyon dollarlıq rekord məbləğlə alan alıcı hərraca telefonla qoşulub.

Hərrac evi 25 milyon qiymətə qoyulan əsərin indiyə qədər həm Turnerin, həm də 20-ci əsrdən əvvəl yaşamış ingilis rəssamlarının əsərləri arasında ən baha satılan əsər olduğunu bildirib.

Rəssam 1828-ci ildə tamamladığı əsərini ilk dəfə 1836-cı ildə Kral Akademiyasında sərgiləyib. Turnerin dostu və müdiri Conston Munroya hədiyyə etdiyi əsər təkcə bir dəfə başqasına keçib. Rozberi qrafı Munronun ölümündən sonra 1878-ci ildə əsəri satın alıb.

Qeyd edək ki, "İşığın rəssamı" olaraq tanınan Turnerin "Müasir Roma" adlı əsəri 2010-cu ildə Sosebayz hərrac evinin təşkil etdiyi hərracda Pol Qetti muzeyi tərəfindən 45 milyon dollara satın alınmışdı.

Tarix
2014.12.06 / 00:53
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla