Yuxarı

Gənclərimizi radikalizmə sürükləyirlər - Paşayeva

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayeva və təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqutun təqdimatında “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar təşkil olunub.

Kult.az xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanıldığını deyib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlərin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Q.Paşayeva da seminarda çıxış edərək hazırda cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təbliğinin ilbəil daha geniş vüsət aldığını deyib. O bildirib ki, bu sahəyə dövlət tərəfindən xüsusi qayğı və diqqət olması qeyri-maddi-mədəni irsimizin gələcəyinə nikbin baxmağa ümid verir. Millət vəkili mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən Azərbaycan üçün təsəvvüf və ümumilikdə ilahiyyat mövzusunun daim aktual olduğunu söyləyib:

“Azərbaycanda üçüncü dəfə səfərdə olan Camalnur Sarqut xanımın məqsədi dinimizin gözəlliyini gənclərə, insanlara çatdırmaqdır. Biz gəncliyimizə səslənirik ki, əsl İslamı öyrənsinlər. Bu gün çox ağrılıdır ki, din pərdəsi adı altında gənclərimizi radikalizmə sürükləyirlər”.

Seminarda “Ayətəl-kürsü”, “Yaradılış sirri”, “İnsani-kamilin həqiqəti”, “Eşqdən dinlə”, “Hz. Adəm”, “Peyğəmbərə sevdirilən qadın” və s. kitabların müəllifi, təsəvvüf araşdırmaçısı, yazıçı Camalnur Sarqut Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda çıxış edən C.Sarqut iman gətirən, yaxud iman gətirməyən hər bir insanın ruhunda mükəmməl insan axtarışı olduğunu qeyd edib. Təsəvvüf araşdırmaçısı gənclərin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tarix
2019.05.09 / 18:46
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla