Yuxarı

Dünya tarixində ən böyük dövlət hansıdır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1206-cı il aprelin 16-da günəşli bir gündə Timuçin türk və monqol bahadırlarını Onon çayı sahilində bir araya toplayaraq böyük qurultay keçirdi. Bu qurultayda Şınğız xan (Çingiz xan) adını qəbul etmiş Timuçin yeni ulusun yarandığını elan etdi. Yeni dövlət Yekə Monqol Ulusu (Böyük Monqol dövləti) adlanırdı. Şınğız xanın başçılıq etdiyi hakim sülalə özünü Göy Qurdun övladları hesab edirdi. Əslən türk qəbiləsindən olan Yesugeyin oğlu Timuçin Göytürk imperatorluğundan sonra türklərin sahib olduğu ən böyük imperatorluğu qurmuşdur. 1206-1294-cü illərdə mövcud olmuş Böyük Monqol Ulusu dünya tarixində ən böyük dövlət hesab olunur. Dünyanın quru ərazisinin 22%-ni təşkil edən bu ulusun ərazisi 34 mln.kv km-dən çox idi.

Monqol ordusunun məğlubedilməzliyi haqqında əfsanələr yayıldı. Lakin bu uzun çəkmədi. 1258-ci il fevralın 13-də Bağdadı ələ keçirən Hülagü xan sonuncu Abbasi xəlifəsi Müstəsimi edam etdirdikdən sonra Suriya istiqamətində irəliləyərək Əyyubi sultanı Nasir Yusifə hədələyici məktub yazaraq ondan tabe olmağı tələb etmişdir. Bu zaman Misir hökmdarı məmlüklərdən kömək istəmişdir. Lakin məmlüklər Seyfəddin Quduzu Misir sultanı elan edərək monqollara qarşı müharibəyə hazırlaşmağa başladılar. Seyfəddin Quduzun başçılıq etdiyi 20 min nəfərlik seçmə məmlük qoşunu Hülagünün adı-sanlı sərkərdələrindən olan Ketboğa noyonun erməni və gürcü əsirlərinin də cəlb edildiyi ordusu ilə üz-üzə gəldi. Ketboğa noyon özü nestorian xristianı idi və onun 2 tümənlik ordusu demək olar ki, əsasən xristianlardan təşkil olunmuşdu. 1260-cı il sentyabrın 3-də Ayn Calud adlı yerdə tarixin ən qanlı döyüşlərindən birində məmlüklər türklərin qədim döyüş strategiyası olan olan “aypara taktikası”ndan istifadə edib qalib gəldilər. Baybarsın başçılıq etdiyi kiçik bir dəstə monqol ordusu üzərinə hücum etmiş, sonra isə manevr edərək sürətlə geri çəkilmişdir. Ketboğa noyonun əmri ilə geri çəkilən məmlük dəstəsini təqib edən monqol süvariləri hər tərəfdən dağlarla əhatə olunmuş vadiyə girmiş, bununla da pusquya düşmüşlər. Seyfəddin Quduzun başçılıq etdiyi məmlük ordusunun əsas hissəsi bu zaman onları mühasirəyə alaraq məhv etmişlər. Bu döyüşdə Ketboğa noyon da öldürülmüşdür. Ayn Calud döyüşündən sonra monqolların cənub-qərb istiqamətində irəliləməsinin qarşısı alınmışdır. 1294-cü ildə Xubilay xanın ölümü ilə Böyük Monqol Ulusu parçalandı.

Böyük Monqol Ulusunun sərhədləri daxilində müxtəif irqlərdən, dinlərdən və mədəniyyətlərdən olan hətta bir-birindən kəskin fərqlənən xalqlar yaşayırdı. Lakin bu ulusun hakim təbəqəsi əsasən türk və monqol bəyləri idi. Tutduqları ərazilərdə yerli feodallara öz malikanələrin idarə etmək üçün icazə sənədi – yarlık verən Şınğızlar (Çingizilər) dünyanın ən güclü idarəetmə sisteminə malik idilər. Ordu əsasən türk boylarından ibarət idi, əhalinin əsas dili, həmçinin kargüzarlıq və diplomatik dil türk dili idi. Çingizdən sonra hakimiyyətə gələn Ugedeyin (1227-1241) zərb etdirdiyi pullar üzərində “Tanrı güclüdür” ifadəsi geniş yayılmışdır. Elxani hökmdarlarının da pulları üzərində Allah kəlməsi ilə yanaşı uyğur türkcəsində Tanrı sözü də yazılırdı. Bir sıra qərb səyyahları öz səfər qeydlərində yazırdılar ki, Günəş bu ulusun şərqində çıxanda qərbində batırdı.

Tarix
2019.05.23 / 09:07
Müəllif
Ramin Əlizadə
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla