Yuxarı

Bu səhvlər kanalın adına ləkədir – Sənani

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan televiziyasının efirində, xüsusilə də özəl telekanallarda aparıcıların fəaliyyətli ilə bağlı müşahidə olunan problemlər hələ də aktuallığını qoruyur. Milli Televiziya və Radio Şurasının müntəzəm olaraq efirlərdə aparıcıların nitqini monitorinq etməsinə baxmayaraq, qüsurlar aradan qaldırılmır. Bundan əlavə, aparıcıların efir etikası, qonaqlarla ünsiyyət bacarığı və digər problemlər müşahidə olunur.

Mövzu ilə bağlı Kult.az-a danışan diktor, xalq artisti Ofeliya Sənani aparıcının buraxdığı səhvlərə görə birbaşa televiziya rəhbərlərinin məsuliyyət daşıdığını bildirib.

“Daha çox AzTV-də gedən verilişlərə baxıram, özəl telekanallarda vəziyyət heç də ürək açan deyil. Özəl televiziyalarda aparıcılar tərəfindən edilən səhvlər həmin kanalın rəhbərliyinin məsuliyyətsizliyidir. TV rəhbərləri aparıcıların səhvə yol verdiyini gördükdə həmin şəxsə düzgün istiqamət verməlidir. İstiqamət verilməsə, o, əsl aparıcı ola bilməz. Təbii ki, cavan kadrlar televiziyaya gələndə təcrübələri olmur. Ona görə də aparıcı xüsusi hazırlanmalıdır. Bəzi aparıcıların məntiqi vurğularında, sözlərin tələffüzündə, xarici adların səsləndirilməsində problemlərinin olduğu aydın bilinir. Aparıcının bir səhvi həm telekanalın, həm də o verilişin adına ləkədir. Belə səhvlər televiziyanı gözdən salır. Bu gün efirdə olanların bəziləri efir mədəniyyətinə əməl etmir”, - Sənani bildirib.

Xalq artistinin sözlərinə görə, müğənnilərin, prodüserlərin və bu sahəyə aidiyyəti olmayan şəxslərin aparıcılıq etməyi düzgün deyil.

Media eksperti, professor Qulu Məhərrəmli də bildirib ki, daha çox özəl telekanallarda bəsit və səviyyəsiz aparıcılar gözə dəyir:

“Bizdə xəbər aparıcıları arasında vəziyyət yaxşıdır, əsas problem şou aparıcılarındadır. Xüsusilə “Speys”, “Lider” və “Xəzər” kimi özəl telekanallarda bəsit və səviyyəsiz aparıcılar gözə dəyir. Bunun da əsas səbəbi mütaliə səviyyəsinin çox aşağı olmasıdır. Bəzi aparıcıların efirə dəvət etdiyi qonaqla münasibəti çox kobud və problemlidir. Aparıcılar özlərini kamera qarşısında deyil, sanki mətbəxdəymiş kimi aparırlar. Əslində, sərbəstlik yaxşı şeydir, amma bunlar həddindən artıq məişət səviyyəsində sərbəstlik edir və bu da yolverilməzdir. Telejurnalistdə nitq qabiliyyəti, intellektual səviyyə, dünyagörüş və ünsiyyət mədəniyyəti olmalıdır. Bizdə isə kimin kimdən xoşu gəlir, onu efirə buraxır. Bu isə efirdə belə biabırçı səhnələrin olmasına gətirib çıxarır”.

Tarix
2019.05.24 / 09:12
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla