Yuxarı

“Azərbaycan Cülyettası”nın 100 illiyi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan Cülyettası”nın 100 illiyi

Bu gün saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan Xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Axar.az xəbər verir ki, tədbirdə milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, onun ustad sənətkar kimi qoyub getdiyi sənət inciləri xatırlanacaq.

Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş, əsl xalq məhəbbəti qazanmış, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan Barat xanım klassik və çağdaş dramaturqlarımızın əsərlərindəki bənzərsiz ifaları ilə milli teatr salnaməsinin unudulmaz səhifələrindən birinə çevrilməyə nail olub. Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilən Barat Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazlarının məharətli ifaçısı idi.

Tarix
2014.12.17 / 09:41
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla