Yuxarı

Azərbaycan ədəbiyyatında ilk dəfə “U geni”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ədəbiyyatında ilk dəfə “U geni”

Azərbayanda ilk dəfə olaraq, "U geni"ndə elmi detektiv janrına müraciət edilib.

Detektiv yazar Müşfiq Xanın yeni kitabı oxuculara təqdim olunub.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, "U Geni" adlı kitabda Müşfiq Xanın 3 yeni əsəri toplanıb: "U Geni", "Yolka işığında qətl", "Yataqdakı qatil".

Kitabın redaktorları tanınmış yazarlar Pərviz Cəbrayıl və Rüfət Əhmədzadə, korrektorları Zülfiyyə Sadıqova, Elçin Əfəndi, dizayneri Teymur Fərzidir.

Yazarlıqdan əlavə, bioloqgiya elmləri üzrə fəlsəfə doktoru olan müəllif, kitaba daxil olan "U Geni" əsərində elmi detektiv janrına müraciət edib.

Bu janrdan istifadə xarici ədəbiyyatda sıx müşahidə olunsa da, Azərbaycan ədəbiyyatında ilk hadisə sayıla bilər.

Müşfiq Xan öz kitabı haqqında danışarkən belə deyib: "İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına arxayınlıqla "U geni" adlı növbəti əsərimi təqdim edirəm. Bu əsərdə hadisələr məşhur azərbaycanlı alim və onun tapıntısı olan "U geni" ətrafında cərəyan edir". Digər əsərlərin də oxucularda maraq doğuracağına ümid edirəm. Kitabda yeni xəfiyyə obrazı – Jöl Ismert, "Sonuncu hədiyyə" romanından tanıdığınız Sato ləqəbli Saday Oğuz, "Tənha canavar", "Ümidlərin izi ilə" romanlarından yaxşı bələd olduğunuz məxfi şöbənin mayoru Mikayıl Qüdrətovla sizi müəmmalı cinayət sirrlərinin açılması gözləyir".

Müşfiq Xan qeyd edib ki, hazırda özünün növbəti detektiv romanını – "Qatil üçün nekroloq" kitabını çapa hazırlayır.

Tarix
2013.12.10 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla