Yuxarı

Baş həkimin cəbhə xəttində “qəhrəmanlığı”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər həkimlərlə bağlı ağlasığmaz olaylar yenidən ölkə gündəmini zəbt edib. Əvvəlcə, Füzuli rayonunda bir qrup şəxsin baş həkimin evinə hücum etməsi haqda xəbər yayıldı. Sonra isə gənc atanın Mingəçevirdə həkimlərin məsuliyyətsizliyinə dözməyərək özünü yandırması ilə bağlı xəbərlər oxuduq.

Füzuli olayını araşdıranda məlum oldu ki, həkimlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən gəncə tibbi yardım göstərməyiblər. Özü da harada – Füzulidə, cəbhə xəttində! Sabah müharibə başlasa, yaralı əsgər və zabitlərimizin taleyini bu vicdansız həkimlərin ümidinə buraxacağıq?

Dəfələrə eşitmişik ki, xəstə ölüm ayağındadır, həkimlər isə pul köçürülməyənədək ona adi sakitləşdirici iynə belə vurmurlar. Terrorçu kimi oturub bir insanın ağrıdan qıvrılmasından zövq alırlar.

Bunlar xəstəyə müalicə məqsədilə yox, pul qoparıb qarınlarını otarmaq üçün yaxınlaşırlar. Bəli, məhz otarmaq! Çünki belələri savad baxımından adətən qoyun olurlar.

Savadsız həkimdən daha pis bir şey varsa, o da vicdansız və həyasız həkimdir. Baş həkim evinə hücum edənlərlə bağlı bir açıqlama verib, camaatı axmaq yerinə qoymağa çalışıb. Deyib, məzuniyyətdə idim, amma işə nəzarət etmişəm, sadəcə, gəncin qohumları evimə hücum ediblər. İşə nəzarət edirdinsə, niyə gəncin qohumları onu yaralı halda xəstəxanada qoyub sənin evinə hücum etsinlər? Başlarına at təpibmi gecə yarısı durub qapına gəlirlər?

Hər halda hüquq-mühafizə orqanları baş həkimin qapısına gələnlərlə bağlı tədbir görəcək. Bəs kim cəzasız qalacaq? Məsuliyyətsiz baş həkim və həkimlər! Çünki bunların cəzalandırılması üçün mexanizm yoxdur. Ona görə də istədikləri kimi davranırlar. Ürəyi istədikləri adamı müalicə edirlər və ya ehtiyac olmadığı təqdirdə yarıb, içalatını götürüb şikəst edirlər. Bu azmış kimi, pullarını da qoparırlar.

Mingəçevirdəki olayda isə qızdırmada olan azyaşlı uşağa baxımsızlıq o səviyyəyə çatıb ki, atası əsəbindən özünü yandırıb.

Əməllicə “killerlərimiz” yetişib: bunların əlinə düşdünsə, ya səni öldürəcəklər, ya şikəst edəcəklər, ya da intihar həddinə çatdıracaqlar.

Nə edək? Yenidən təhsil almağa göndərilsinlər?

Təhsil – savadsızlara lazımdır. Bəs, mənəviyyatsızlar necə olsun?

Bizim səhiyyədə savadsızlıq yox, səhlənkarlıq, məsuliyyətsizlik, tamah dərdi var; bizim bəzi həkimlərin mənəviyyat problemi mövcuddur.

Onları isə müalicə etmək olmur, həbs etmək də mümkün deyil.

Onları sadəcə, sistemdən qovmaq lazımdır ki, Səhiyyə Nazirliyi də məhz bunu eləmir!

Tarix
2019.07.02 / 16:33
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla