Yuxarı

Nazir kambocalı həmkarı ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında mədəni və təbii irslə bağlı müzakirələrlə yanaşı, mötəbər tədbirdə iştirak edən yüksək səviyyəli rəsmilərlə işgüzar görüşlər də keçirilir.

Kult.az xəbər verir ki, sessiyanın sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 3-də Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Foeunq Sackona ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulanıb. Gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Qonaq həmçinin ölkəmizin zəngin mədəni irsə malik olduğunu bildirib, səfər müddətində bir sıra tarixi-mədəni məkanları ziyarət etdiyini söyləyib.

Tarix
2019.07.03 / 19:40
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla