Yuxarı

Yaqub Mahmudova Beynəlxalq Qızıl Ulduz verildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülüb.

Tarix İnstitutundan Kult.az-a bildirilib ki, Elmi şuranın iclasında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, professor Elçin İsgəndərzadə akademiyanın diplomunu, “Beynəlxalq Qızıl Ulduz” medalını və vəsiqəsini, mantiyanı Yaqub Mahmudova təqdim edib.

Elçin İsgəndərzadə deyib ki, akademiyanın medalına türk dünyasının çox məşhur insanları - Süleyman Dəmirəl, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları layiq görülüblər: “Azərbaycandan Akademiyanın həqiqi üzvlüyünə görkəmli alimlərimiz Ramiz Mehdiyev, Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə və başqaları seçiliblər. Yaqub Mahmudov 1000-dən çox elmi əsərin müəllifidir, onun 15 cildlik “Seçilmiş əsərləri” var. O, milli-azadlıq hərəkatının gerçək qəhrəmanlarından biridir”.

Tarixçi alim təltiflərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkür edərək bildirib ki, bu, yalnız ona yox, həm də Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir. O, akademiyaya ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı hədiyyə edib.

Tarix
2019.07.03 / 19:58
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla