Ana səhifə Kult |
"Eternity Film" şirkəti maliyyəsiz ("No budget") filmlərlə bağlı maraqlı layihə təşkil edib.
Axar.az xəbər verir ki, layihə çərçivəsində 18 yaşından yuxarı istənilən şəxs qısa video çəkməklə tam metrajlı bir filmin ərsəyə gəlməsində iştirak edə biləcək.
Gənc rejissor Şahin Xəlil layihədə iştirak etmək istəyənlər üçün qaydaları açıqlayıb: "Bir gün" - 2014-cü ilin son günü gerçəkləşməsi nəzərdə tutulan bir layihədir. Çəkilən video-materiallar sonda tam metrajlı filmə çevriləcək. Beləliklə, filmin rejissorları sizlər olacaqsınız. Bunun üçün isə aşağıdakı sadə qaydalarla riayət etmək lazımdır:
Qaydalar:
* Layihəyə 18 yaşdan yuxarı olan hər kəs qoşula bilər.
* Video material sırf layihəyə görə və dekabrın 31-i günü çəkilməlidir. Daha öncə çəkilmiş, yayılmış videolar qəti qadağandır.
* Çəkiliş HD formatda (16:9) olmalıdır. Material professional video kamera, fotokamera və ya bu formatı dəstəkləyən mobil telefon vasitəsi ilə də çəkilə bilər.
* Hadisələr real zaman ərzində baş verməlidir. Qəhrəmanlar sıradan insanlar olmalıdır.
* Xronometraj 5 dəqiqədən çox, 3 dəqiqədən az ola bilməz.
* Çəkilmiş material montaj olunmadan bir dubla çəkilməlidir. Çəkiliş məkanında musiqi yoxdursa, materialın üzərinə musiqi əlavəsi etmək olmaz.
* Heç bir professional işıqlandırmadan istifadə oluna bilməz.
* Heç bir rekvizitdən istifadə oluna bilməz.
* Material bir günün içində çəkilməlidir. Yəni - 31 dekabr.
* Materialda sujet xətti olmamalıdır. Sənədli filmlikdən kənara çıxmamalıdır.
* Hər bir iştirakçı video materialı anket (anketi yüklə: http://bit.ly/1A97iUV) ilə bərabər göstərilən – [email protected] e-mail ünvanına göndərməlidir.
* Layihənin son günü (deadline) yanvarın 1-i günü gecə saat 24:00 qədər hesablanır.
* Göndərilən video materialların qiymətləndirməsi və seçilməsi "ETERNİTY FİLM" tərəfindən aparılır. Yekun filmə daxil olmayan video material sahibləri icraçı şirkəti bu haqda suallarla narahat edə bilməz.
* Yekun filmə daxil olacaq video materiallar 3 bölmə üzrə qiymətləndirilib, seçiləcək: kreativ, keyfiyyətli və mövzudan (qaydalardan) kənara çıxmayan.
Tarix
2014.12.26 / 19:08
|
Müəllif
Nilufər Muğantürk
|