Yuxarı

İnformasiya üzərində monopoliya bitdi... - Professor

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkədə bünövrəsi “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Günü qeyd edilir.

Kult.az media eksperti, professor Qulu Məhərrəmlinin milli mətbuatın yaranmasının 144 illiyi ilə bağlı müsahibəsini təqdim edir:

- Mediamızı 144 yaşında necə görünür?

- 144 yaşlı Azərbaycan mediası müəyyən ənənələrin üzərində dayanıb. Mediamızın yeni, müstəqillik tarixindən danışdıqda, onu bir neçə mərhələyə bölə bilərik. Birinci dövr ötən əsrin 80-ci illərinin sonlarını və 90-ci illərin əvvəllərini əhatə edir və bu dövrü “romantik dövr” adlandırmaq olar. Sovet sistemindən müstəqil mətbuata keçid dövrü olduğu üçün gərgin dramatik hadisələr fonunda həqiqətə ehtiyac yaranmışdı və bu, bir sıra qəzet və jurnalların yaranmasına əsas verdi. Sovet dövrünün mövcudluğunun son illərində yeni sözə ehtiyac yarandığından “Molodyoj Azərbaycana”qəzeti, “Gənclik” jurnalı, o cümlədən xalq hərəkatının gedişatında qeyri-leqal nəşrlər meydana çıxdı. Bu qəzetlər bir müddət cəmiyyətimizə öz faydasını verə bildi.

İkinci mərhələ isə romantikadan birbaşa real həyat hadisələrinə keçid dövrü idi. Bununla bağlı mətbuatın hüquqi əsasları yaradıldı, KİV haqqında qanun qəbul olundu, müstəqillik dövrünün mətbuatı yetişdi, bir sıra maraqlı nəşrlər ortaya çıxdı. Bununla yanaşı cəmiyyətin siyasi strukturuna uyğun olaraq, iqtidar və müxalif mətbuatı formalaşdı. Bu proses təxminən 2000-ci ilə qədər çəkdi. 2000-ci ildən sonra isə Azərbaycan mətbuatında müəyyən bir böhran yaşanmağa başladı. Reklam bazarının məhdud olmağı, iqtisadi fəaliyyətin zəifliyi, qəzetlərin gəlir mənbəyinin olmaması, partiyalardan asılılıq və bir sıra digər səbəblər istər-istəməz arzu olunmayan bir fərqlilik yaratdı. Bir müddət sonra isə qəzetlər ayrı-ayrı şəxslər üçün “müharibə aləti”nə çevrildi. Bu, mətbuatımızı ciddi şəkildə sarsıtdı.

3-cu mərhələdə isə çox ciddi qəzetlər var idi. Buna “Yeni Musavat”, “Azadlıq”, “Zerkalo”, “525-ci qəzet”, “Şərq” və digərlərini göstərmək olar. Bu cür qəzetlər oxucuların şüurunda oturan qəzetlər idi. Lakin bir müddət sonra onlayn media yarandı və sürətlə inkişaf etdi.

- Qulu müəllim, onlayn medianın jurnalistikamıza qazandırdığı imkanlar nədən ibarətdir?

- Onlayn medianın meydana çıxması Azərbaycan jurnalistikasına yeni imkanlar qazandırdı. Auditoriya ilə birbaşa əlaqələr genişləndi, informasiyanın hər an yenilənməsi prosesi başlandı. Artıq televiziyaların informasiya üzərində monopoliyasının sonu yetişdi və insanlar hər hansı məlumatı əldə etmək üçün axşam saat 8-də “Xəbərlər” proqramını gözləmirdilər. Saytlar həm rəsmi, həm də ölkənin ictimai-siyasi həyatına aid informasiyaları daha tez çatdırırdılar. Onlayn medianın üstünlükləri var və bu, insanların ona marağını artırdı. Lakin saytların sayının hədsiz dərəcədə çoxalması, peşəkarlığın aşağı düşməsi, etik qaydaların pozulması bu medianı da müəyyən dərəcədə geri çəkir. Gərəksiz informasiyalar, sensansiyaya meyillilik, xəbər prinsiplərindən uzaq düşməsi saytların mötəbərliyini müəyyən qədər şübhə altına aldı və bu gün də informasiyanın doğruluğu baxımdan saytların bəzilərinə inam azalıb.

- Dünya informasiya ilə idarə olunur deyirlər. Bu fikirlə razısınızmı?

- Bu gün bütün dünyada informasiya əsas əmtəəyə çevrilib. Əgər haradasa informasiya çatmırsa, orada qaranlıq var. İnformasiya proseslərin üzərinə işıq salır, cəmiyyəti göstərir, auditoriyaya bilik verir. Biz auditoriyanın keyfiyyətli informasiya ilə təmin olunmasına diqqət yetirməliyik.

- Sizcə, Azərbaycanda beynəlxalq səviyyəli media yaratmaq üçün hansı işlər görülməlidir? Mediamızda çatışan və çatışmayan cəhətlər nədən ibarətdir?

- Media necə olmalıdır sualına Üzeyir Hacıbəyov hələ o vaxtı çox gözəl düstur vermişdi. O deyirdi ki, biz daha çox vətən abadlığından, millət səlamətliyindən və dövlət intizamından yazmalıyıq. Bunlar hamısı beynəlxalq miqyasda medianın müəyyən etdiyi vəzifələrlə üst-üstə düşür. Yəni milli təhlükəsizlik məsələləri, ölkədə baş verən hadisələr və görülən işlər barədə yazılmalıdır. Biz ictimai nəzarətçi olaraq, problemlərin harada olmasını müəyyən etməli və tənqid etməliyik.

- Azərbaycan mediasında ən çox nəyi görmək istərdiniz?

- Biz informasiya kanallarının güclənməsinə diqqət etməliyik və dünya mediasına çıxmaq üçün doğru informasiyalar verməliyik. Çox istərdim ki, ölkədə yüksək, peşəkar media olsun, cəmiyyətin problemlərinin obyektiv müzakirəsi üçün platforma rolunu oynasın, sosial harmoniya yaratsın. Həmçinin mediada ciddi araşdırma materiallarının olmasını istəyərdim. Prezident dəfələrlə korrupsiyanın mövcudluğunu tənqid edib və onunla mübarizə yollarını göstərib. Bu mübarizədə təsirli üsullardan biri də media olmalıdır.

Tarix
2019.07.22 / 16:32
Müəllif
Nərmin, Büllurə
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla