Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 Dekabr 2019


“Müstəqil vətənin memarı” filminin təqdimatı oldu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş “Müstəqil vətənin memarı” filminin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin ərsəyə gətirdiyi filmin təqdimat mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu il Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunur.

Ə.Qarayev bildirib ki, 50 il əvvəl Ümummilli lider Azərbaycanın rəhbəri seçilib: “O vaxtdan Azərbaycan xalqının tarixində yeni dövr başladı. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin daha da böyük olduğunu görəcəyik. Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol misilsizdir. Hər hansı sahəyə baxsaq, orada Heydər Əliyevin izini görürük. Heydər Əliyevin bu böyüklüyü yaradıcı insanlara da böyük ilham verir. Çünki Heydər Əliyev bir obraz olaraq çox cəlbedicidir”.

Mədəniyyət naziri bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın inkişafına, rifahına xidmət edir. Heydər Əliyev siyasəti nəticəsində formalaşmış mədəniyyət xadimləri ordusu bu gün də diqqət və qayğı ilə əhatə olunub”.

Əbülfəs Qarayev qeyd edib ki, avqustun 2-də Kino Günü qeyd olunacaq: “Məhz Kino Günü ərəfəsində bu filmi təqdim etməyə qərar verdik. Bu filmin müəllifi əməkdar mədəniyyət işçisi, İrəvan Teatrının rəhbəri İftixar Piriyevdir. Filmə baxanda düşünün ki, 50 il əvvəl Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nə olacaqdı?! Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın qurucusudur”.

Daha sonra “Müstəqil vətənin memarı” filmi nümayiş etdirilib. Film Heydər Əliyevin uşaqlıq illərindən ömrünün sonlarına qədər dövrdən bəhs edir. Filmdə Heydər Əliyev bir insan, gənc, ailə başçısı, xalqına böyük məhəbbəti olan Ümummilli lider kimi təcəssüm olunur.

Tarix
2019.07.30 / 20:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rəmişdən ermənilərlə bağlı hər kəsi şoka salacaq sözlər - Video

Tarixçilər Heydər Əliyevin anım gününü keçirəcək

ADU tələbələrindən xüsusi tədbir – Foto

Dəmirəlin Bakıda etdiyi maraqlı “səhv” - 19 illik sirr

Rusiya Çingiz xan daş kitabəsinin surətini vətəninə göndərdi

Oğuzlar Azərbaycana nə vaxt gəlib? - Yanlış tarix...

Tağıyevin villası rekord qiymətə satışa çıxarıldı - Video

O, Bakıya gəlsə, ad çəkəcək: Qorxudan rəngi solan kimdir?

Naxçıvanda Şeyxin 70 illik yubileyi qeyd olundu - Foto

Nazir Bəhreyn Krallığının nümayəndələri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla