Yuxarı

Tatarıstanın xalq şairi Bakıda: kitabı təqdim edildi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” Klubunda Tatarıstanın xalq şairi, Tatarıstanın Dövlət Şurasının üzvü, Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli məsələlər Komitəsinin başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyevin “Payız yağmurları” adlı şeirlər kitabının təqdimat törəni keçirilib.

Kult.az xəbər verir ki, millət vəkili, professor Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində keçirilən təqdimat törənində tanınmış aydınlar, türkoloqlar, şairlər, yazıçılar, QHT və KİV nümayəndələri iştirak edib.

Tədbiri açıq elan edən AYB-nin katibi Rəşad Məcid hazırda xaricdə olan AYB sədri, xalq yazıçısı Anarın salamlarını çatdıraraq, belə səfərlərin, təqdimatların qardaş xalqlar arasında ədəbi-mədəni bağların daha da möhkəmlənməsinə kömək etdiyini vurğulayıb.

Milət vəkili Qənirə Paşayeva Razil Vəliyevin “Payız yağmurları”nın Azərbaycanda nəşr edilmiş ilk kitabı olduğunu, lakin son kitabı olmayacağını deyib, səfər müddətində baş tutmuş və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, səfər proqramının zəngin olduğunu deyib.

Təqdim olunan kitabın layihə rəhbəri və baş redaktoru, Atataürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı şairin yaradıcılığı barədə söhbət açaraq, qeyd edib ki, “Payız yağmurları”ında toplanmış şeirlər iki dildə (Azərbaycan və tatar dillərində) verilib; şeirləri rus və tatar dillərindən şair-publisist Həyat Şəmi çevirib. Nəşrin məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyev, rəyçiləri isə millət vəkilləri Cavanşir Feyziyev və Qənirə Paşayevadır.

Kitaba “Ön söz”ü yazıçı-publisist, “Ustad” dərgisinin baş redaktoru Şəmil Sadiq yazıb. Kitab Azərbaycanın və Tatarıstanın aparıcı kitabxanalarına, Azərbaycan-tatar ədəbi bağları, tatar ədəbiyyatı üzərinə tədqiqat aparan araşdırmaçılara paylanacaq.

Həyat Şəmi, Şəmil Sadiq ustad şairin şeirlərinin məziyyətləri barədə danışıblar. Tanınmış yazıçı-publisist Yunus Oğuz, ünlü televizyaçı Etibar Babayev, “Şöhrət” ordenli türkoloq alim Ramiz Əsgər, AMEA Folklor İnstitutunun bölmə müdiri, türkoloq Əli Şamil, qocaman şair Oqtay Rza, Bakıdakı “Tuqan Tel” Tatar Mədəniyyət Cəmiyyətinin başçısı Gülcan Myasoutova və başqa çıxışçılar da xalq şairinin Azərbaycan səfəri, Bakıda çıxan ilk kitabı barədə, habelə iki qardaş xalq arasında bağların dünəni, bugünü və gələcəyi üzərinə ürək sözlərini bölüşüb.

Sonra təşkilatçı qurumlar adından çıxış edən xanım Paşayeva xalq şairi Razil Vəliyevə, Tatarıstan-Azərbaycan ədəbi-mədəni bağlarına verdiyi töhfələrə görə, tanınmış vəkil İsmət Orucəliyevə Tatarıstan-Azərbaycan ictimai-mədəni bağlarının güclənməsinə verdiyi töhfələrə görə plaket və neftlə işlənmiş rəsm əsəri hədiyyə edib.
Xalq şairi Razil Vəliyev onun kitabının nəşrində iştirak etmiş hər kəsə təşəkkür edib, yüksək səviyyədə təşkil olunmuş təqdimat törəni üçün minnətdarlığını bildirib, nəşri həyata keçirmiş Azərbaycan aydınlarına Tatarıstan Dövlət Şurası adından “Rəxmət xatı” – “Təşəkkür məktubu” təqdim edib.

Qeyd edək ki, “Rəxmət xatı” ilə təlif edilən millət vəkili Qənirə Paşayeva, həm də Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib.

R.Vəliyev azərbaycanlı həmkarına uğurlar arzulayıb, onunla 2014-cü ildə Kazanda – Dövlət Şurasında görüşünü məmnunluqla xatırladaraq, yenidən Tatarıstana dəvət edib.

Xalq şairinin Azərbaycan səfəri davam edir.

Tarix
2019.08.01 / 23:12
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla