Yuxarı

İran "Oskar"a namizəd olan filmini təqdim etdi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fəridənin sorağında” sənədli filmi İran İslam Respublikasından “Ən yaxşı beynəlxalq film” nominasiyasında 92-ci “Oskar” mükafatına namizəd qismində seçilib. Bu nominasiya daha əvvəl “Ən yaxşı xarici film” adlanırdı.

Kult.az Azərtac-a istinadla xəbər verir ki, rejissorları Azadə Musəvi və Kuroş Atai olan “Fəridənin sorağında” adlı kino lentində Niderlanddan olan iranlı qadından bəhs edilir. O, bioloji valideynləri tərəfindən tərk edilib, 40 il əvvəl hollandiyalı cütlük onu himayəyə götürüb. İndi o, ailəsi və özünün əlaqəsi barədə çoxsaylı suallara cavab tapmaq sorağında İrana qayıdır.

Bir neçə il əvvəl İran mətbuatında “Hollandiyalı qız İranda özünün doğma ailəsini axtarır” kimi maraqlı sərlövhəli materiallar dərc olunmuşdu. Bu əhvalatı əsas götürən iranlı kinematoqrafçılar qrupu “Fəridənin sorağında” sənədli filmini lentə alıblar.

Film artıq İranın, eləcə də beynəlxalq kinoforumların mükafatları ilə təltif edilib. Ekran əsəri İran Kino Sənəti Akademiyasının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub, Montanada “Big Sky” sənədli kino festivalında, Kiyevdə insan haqları üzrə sənədli filmlər beynəlxalq festivalında, İstanbul kinofestivalında, Kazanda müsəlman kinosu beynəlxalq festivalında, həmçinin bir sıra Avropa kinofestivallarının proqramında iştirak edib.

Təqdirəlayiq haldır ki, sənədli film janrında ekran əsərini “Oskar”a ilk dəfə İran təqdim edir.

“Tehran Tayms”ın məlumatına görə, “Fəridənin sorağında” filmi onlarla namizədin daxil olduğu milli siyahıdan seçilib. İndi film Əlcəzairdən “Papiçu”, Gürcüstandan “Şindisi”, İsveçrədən “Şiksin ağuşuna Volkenbruxun ecazkar səyahəti” və bir sıra digər ekran əsərləri ilə “Oskar” uğrunda mübarizəyə qoşulacaq.

“Oskar” kinomükafatının 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da təşkil olunacaq.

Tarix
2019.08.23 / 01:47
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla