Yuxarı

Cavanşir Məmmədovun 1 saatlıq əsəbi neçəyədir – Qərar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavanşir Məmmədovun 1 saatlıq əsəbi neçəyədir – Qərar

"Bundan sonra mənimlə müsahibə götürmək istəyən jurnalistlər pul ödəməlidir".

Bu sözləri əməkdar artıst Cavanşir Məmmədov "Axşam.az"a açıqlamasında deyib. Müğənninin sözlərinə görə, zəng vuran jurnalistlər ona yersiz suallar verirmişlər, yorurmuşlar, qalmaqal yaradırmışlar. Buna görə də müğənni qərara alıb ki, bundan sonra yersiz suallara cavabı pulla versin.

Qiymət isə belədir: 1 saat üçün 100 manat. Demək, C.Məmmədov yersiz suallardan qaçmır, yersiz suallara yerli cavabını 100 manatla ölçür.

Əslində, yüz manat da eləmir. Çünki əməkdar artist müsahibə üçün hesabına köçürüləcək pulun 32 faizini (niyə məhz 32?) ona "yersiz suallar" verəsi jurnalist üçün ayırmağı planlaşdırır.

Beləliklə, Cavanşir Məmmədovub 1 saatlıq əsəbi və yersiz suallara cavab verməsinin doğru-dürüst qiymətini özü 68 manat olaraq müəyyənləşdirib.

Tarix
2013.12.13 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla