Yuxarı

Nazir Türkiyənin tanınmış rəssamı ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin tanınmış rəssam və heykəltəraşı Əhməd Günəştəkin ilə görüşüb.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, Ə.Qarayev Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində açılan "Yaddaşın əlifbası" adlı fərdi sərgisi münasibətilə rəssamı təbrik edib, sərgi haqqında fikirlərini bölüşüb.

Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər xoş əks-səda doğurub. Ölkəmizdə belə sərgilərin keçirilməsini yüksək qiymətləndirən nazir rəssamın gələcəkdə də bu kimi layihələrdə iştirakına dəstək göstəriləcəyini bildirib.

Əhməd Günəştəkin qəbula görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib, Azərbaycanda olmağından böyük məmnunluq duyduğunu ifadə edib.

Qeyd edək ki, Türkiyə müasir incəsənətinin tanınmış simalarından olan Əhməd Günəştəkin 1966-cı ildə Batmanda anadan olub. 1997-ci ildə ilk emalatxana-studiyasını İstanbulda açıb. 2003-cü ildə ilk dəfə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində fərdi sərgisi təşkil edilib. 2010-cu ildə İstanbulda "Günəştəkin" Sənət Mərkəzi yaradılıb.

Sənətkarın Ankara, İzmir, Venesiya, Nyu York və s. şəhərlərdə sərgiləri təşkil olunub, maraqlı instalyasiyaları təqdim edilib.

Xatırladaq ki, Əhməd Günəştəkinin Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.

Tarix
2019.10.03 / 00:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla