Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 May 2020


Vasim Məmmədəliyev vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:59

Azərbaycanın əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli akademik Vasim Məmmədəliyev vəfat edib.

Kult.az xəbər verir ki, akademikin qardaşı, tanınmış tarzən Vamiq Məmmədəliyev onun 21:55-də dünyasını dəyişdiyi haqda paylaşım edib.

Mərhumun qızı Sunay Məmmədəliyeva Kult.az-a bildirib ki, vida mərasiminin vaxtı və məkanı hələ dəqiqləşməyib.

"Bu haqda məlumat sabah ictimaiyyətə açıqlanacaq", - o bildirib.

Qeyd edək ki, 1942-ci ildə Bakıda həkim ailəsində anadan olan Vasim Məmmədəliyev 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib.

1978-ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın "Əməkdar elm xadimi" fəxri adına layiq gorülüb. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif edilən alim 2007-ci ildə Milli Elmlər Akademiyasının akademiki seçilib.

20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Akademik "Ərəb ədəbi dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb.

Tarix
2019.10.13 / 23:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya hücum: Ənvər Paşa niyə çapar göndərdi?

Erməni arxitektordan etiraf: İrəvan bizim deyil! - Video

Türk şagirdlərin Azərbaycan sevgisi - Video

Deputat gənclərə hədiyyə verdi

Gürcü yepiskop tələb etdi: Nərimanovun heykəlini sökün!

Tələbələrimiz ermənilərin iştirak etdiyi yarışda qalib oldu

Qarayevin abidələrimizə vurduğu zərbə - Professor yazdı

Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – Foto

Azərbaycanın bu sahədə ilk elmi əsəri... – Video

Əmir Teymurun başına bəla olan Azərbaycan şahı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla