Yuxarı

Nazir Kligerə erməni təcavüzündən danışdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 30-da Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan ABŞ yəhudi icmasının nümayəndələri – lobbiçilik xidməti üzrə fəaliyyət göstərən AJC təşkilatının Rusiya və Avrasiya məsələləri üzrə direktoru Sam Kliger və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.

Nazirlikdən Kult.az-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu irsin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir. Nazir həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən söz açaraq işğal olunmuş torpaqlarımızda xalqımızın mədəni isinin talan edildiyini, tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə kimi tanındığını vurğulayan Ə.Qarayev qeyd edib ki, uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Quba rayonunda dağ yəhudilərinin yaşadıqları Qırmızı Qəsəbə buna bariz nümunədir. Nazir Azərbaycan Prezidentinin dəstəyi ilə mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən qlobal əhəmiyyətli tədbirlər, “Bakı Prosesi” çərçivəsində reallaşdırılan forumlar barədə qonaqları məlumatlandırıb. İki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan nazir Əbülfəs Qarayev İsrail dövlətinin də tədbirdə aktiv iştirak etdiyini deyib.

Vurğulanıb ki, belə beynəlxalq tədbirlər ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Sam Kliger Azərbaycan xalqı və yəhudi icması arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, bu əlaqələrin nəinki mədəniyyət, bütün sahələrdə gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması lazımdır.

Baş redaktor Rafael Nektalov Mədəniyyət Nazirliyinin bir çox ölkələrlə mədəniyyət üzrə təcrübə mübadiləsi apardığını yüksək qiymətləndirərək, musiqi sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələrin ABŞ-da təhsil-təcrübə keçməsi, eləcə də ölkəmizdə Yəhudi festivalının keçirilməsi ilə bağlı təklif və istəklərini diqqətə çatdırıb.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

Tarix
2019.10.30 / 19:16
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla