Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2020


Xoyskinin nəvəsi Bakıya gəldi və torpaq apardı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk 5 üçrəngli Azərbaycan bayrağından biri bizim evdə idi. O vaxtı uşaq idim, babamgilə gedəndə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki, çox xoşuma gəldi.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi - İstanbulda yaşayan Leyla xan Xoyski-Keykurun Xəzər Xəbər-ə müsahibəsi zamani bildirib. Leyla Xan Xoyski Fətəli Xan Xoyskinin İrana səfir olaraq göndərdiyi Adil xan Ziyadxanın evində Azərbaycan bayrağını ilk görənlərdəndir.

Cümhuriyyət 1920-ci ildə süquta uğradıqdan sonra Leyla Xan Xoyskinin ailəsi də Türkiyəyə köçmək məcburiyyətində qalıb. Onlar Türkiyəyə gəldikləri il geri dönəcəklərini düşünərək hətta qış üçün odun belə tədarük etməyiblər. Xoyski ailəsi uzun müddət kirayədə yaşayıb. Bir evdən digərinə köçəndə Bakıdan gətirdikləri ilk bayraqlardan biri müəmmalı şəkildə itib. Sonralar Azərbaycan bayrağının yağlı boya ilə tablosunu çəkiblər.

Leyla xanım deyir ki, onda təyyarə qorxusu var, bu səbəbdən də Azərbaycana gələ bilməyib. Qardaşı isə Bakıya gəlib və vətəndən apardığı torpağı ata-anasının qəbrinə səpib.

Leyla Xan Xoyski indi Azərbaycanın üçrəngli bayrağının hər yerdə dalğalanmasının onun üçün ən böyük qürur, xoşbəxtlik olduğunu deyir.

Tarix
2019.11.09 / 23:16
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cadu edilən adamda hansı əlamətlər olur? – Zirəddin

20 Yanvarla bağlı daha bir təsirli videoçarx...

İTV-dən 20 Yanvar faciəsi ilə bağlı təsirli - Videoçarx

Zirəddin: Nərmin qətlində polislərlə təmasda idim... – Sensasiya

20 Yanvarla bağlı yeni - Görüntülər

ADU-da şəhidlərimizin anım mərasimi keçirildi - Foto

Bakının özəllikləri nədir? - İran mediası

Məhsullarımız Berlində təqdim olundu - Foto

Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək

"Xalq yazıçısı" adı ilə bağlı - İnanılmaz faktlar

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla