Yuxarı

Mir Şahini söyənlər bilir ki… - “Real”çılar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:55

Azərbaycanın bir nömrəli telejurnalisti hesab olunan, “əməkdar jurnalist” fəxri adına layiq görülən Real TV-nin yaradıcısı və baş direktoru Mirşahin Ağayevin doğum günüdür. 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olan Mir Şahin bu gün 56 yaşını qeyd edir.

Real TV-nin əməkdaşları baş redaktorları ilə bağlı xatirə və təbriklərini Kult.az-a danışıb.

Afət Telmanqızı:

"Bu gün onun günüdür! Bu gün həm də azad sözün, qəlbi vətən sevgisi ilə çırpınan cəsarətli jurnalistlərin günüdür! O, sözü ilə döyüşən, enerjisi bitib tükənməyən insandır. O, jurnalist peşəsinə sevgimizi artıran, əsl jurnalistin necə olmasını əməlləri ilə göstərən insandır. O, tək rəhbər deyil. Hər birimizin sevincinə də, dərdinə də şərik olan, köməyimizə yetən böyük qardaşımızdır.

Hamı kimi doğulan, amma hamıdan fərqli olan söz ustadı, gününüz mübarək! Yeni yaşınız mübarək ! Səmimi, sadə, qayğıkeş insan, illəriniz uğurlu, günləriniz xoş olsun”.

Eldəniz Elgün:

“Mir Şahinlə nə zaman tanış oldum, nə zaman dost oldum, yadımda deyil. Çünki ilk gündən ustad kimi qəbul etdim və bu gün də ustad olaraq qalır. Mir Şahin həmişə zamandan qabaqda dayanan milli bir insandır. Mir Şahin milləti, dövləti və dövləti qoruyan hakimiyyəti sevdirməyi öyrətdi mənə. Bunu da əlavə edim ki, bugünkü Azərbaycan 1918-ci ildəki Azərbaycanın varisi olduğu kimi, zaman olacaq ki, Zərdabi ilə başlayan Azərbaycan jurnalistikası Mir Şahinin varisliyi ilə davam edəcək. Mən buna adım kimi əminəm”.

Ləman Ələşrəfqızı:

“Mir Şahin haqqında fikirlərimi “Qanadı qırıq Şahin” yazımda yazmışam. O vaxtda ki, Mir Şahin “süni nəfəs aparatı”na qoşulmuşdu, televiziyasız idi. Mən isə dövlət işində çalışırdım. O yazı səmimiyyətin ta özüdür.

Mir Şahin tarixdə qalacaq isimdir. Bunu onu sevənlər də bilir, söyənlər də. Bütün istedadlar, dühalar zamanında cəmiyyətdən təpki görüblər. Mirzə Fətəli Axundovun nəşi günlərlə dəfn edilməyib, zamanında ona qiymət verməyənlərin nəticələri bu gün Axundovun Azərbaycan ədəbiyyatındakı rolunu düzgün qiymətləndirirlər. Düşünürəm ki, gün gələcək Mir Şahin də Azərbaycan jurnalistikasındakı roluna görə öz qiymətini alacaq. Adam var ki, tutduğu mənsəbdən dövlətli olmağı üçün istifadə edir. Mir Şahində əksini gördüm. O dövlətli yox, dövlətçi adamdır. Təbrik edirəm”.

Mahir Məmmədli:

“Mir Şahinlə əyani tanışlığımın tarixi 1992-ci ilin payızından başlayır. Tale elə gətirdi ki, bundan bir neçə il sonra birlikdə işləməyə başladıq. Bu, mənim ilk televiziya təcrübəm idi və Mir Şahini həm də bir müəllim kimi tanıdım. İndi 44 yaşım var və 56 yaşlı Mirşahini hələ də özümə müəllim bilirəm. Onun istənilən mövzu ilə bağlı ən qısa şərhi belə hazırlanacaq reportajın, süjetin tezisidir.

Şəxsi keyfiyyətlərinə gəlincə: Mir Şahin təkcə tələbkar rəhbər deyil, həm də yaxşı və pis günlərimizdə yanımızda olacağına əmin olduğumuz bir dostumuzdur. Real TV fəaliyyətə başlayanda onunla işləməyə həvəslə razılıq verməyimizin özü Mir Şahinə sevgimizin, sayğımızın göstəricisidir”.

Tarix
2019.11.12 / 23:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rusiya XİN-dən Paşinyanın müharibə iddiasına reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla