Yuxarı

Azərbaycanın 70 yaşlı “kriminal”ı – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə “Sumqayıt” adını eşidən kimi istər-istəməz “qazovka”, “promzona”, yaxud “kriminal” sözləri yada düşürdü. Coğrafi baxımdan respublikamızın ən gözəl yerlərindən birində yerləşən torpaqlar Sovet İttifaqı dövründə, əlbəttə ki, o vaxtkı SSRİ hakimiyyətində yüksək vəzifə tutan ermənilərin dəst-xətti ilə bütün kimyəvi zavodların cəmləşdiyi kiçik şəhərə çevrilir.

Beləliklə, Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasında bol yaşıllıqlı, dəniz yahilində yerləşən gözəl məkanı ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir və 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.

Elə həmin dövrlərdə babamı Quba rayon QAİ-dən Sumqayıta ezam edirlər. Babam Musa Məmmədov Sumqayıtın hazırkı Dövlət Yol Polisinin (o vaxtlar QAİ) rəis müavini vəzifəsinə təyin olunur. Sumqayıtda 2-ci mikrorayon ərazisində evlə təmin edilir. Bu ev indi də bizim böyük ailəmizin baba ocağı olaraq qalır. Babam 49 yaşında vəfat etməsinə baxmayaraq, ailəsi - yoldaşı əməkdar müəllimə statuslu nənəm Fizzə Məmmədova və övladları Sumqayıtda yaşamağa davam edir.

Mən də Sumqayıtda doğulmuşam. Həmin o danışdığımız “qazovka”nı da hiss etmişəm, “promzona”nı da görmüşəm. Açığını deyim, heç bir sumqayıtlı bu şəhər barəsində pis danışılmasını sevmir. Düzdür, hamımız bilirik ki, deyilənlər yalan deyildi. Həqiqətən də şəhər dünyanın belə ən çirkli yerlərindən sayılırdı. Amma biz yenə də inanırdıq ki, bu şəhər nə vaxtsa respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Bir çox parametrlərə görə Sumqayıt həmişə qabaqcıl yerlərdə olub. Məsələn, təhsil (Sumqayıt məktəblərinin məzunları respublika üzrə daim ali məktəblərə qəbullarda rekordlara imza atıb), idman (Sumqayıt idmançıları nəinki respublikada, hətta dünya miqyasında ad qazanmağı bacarıb) və s.

Mən də bu şəhərdə böyüdüm, təhsil aldım. Amma doğma, cavan şəhərim illər keçdikcə baxımsızlıq ucbatından qocalmağa başladı. Yollar bərbad, məktəblərdə SSRİ-dən qalma təmir, kriminal...

Artıq nə qədər bu şəhəri sevsəm də, ailə qurub Bakıya üz tutanlardan biri də mən oldum. İllər keçirdi, amma Sumqayıt inkişaf etməkdənsə geriyə addımlayırdı...

Çoxdan idi Sumqayıta getmirdim. Yolum ora düşəsi oldu. Açığı, bu sözdən nə qədər xoşum gəlməsə də, sözün əsl mənasında “şoka” düşdüm. Rio-de-Janeyro, Paris, Dubay, Tallin, Helsinki və sair kimi şəhərləri görmüş olsam belə, şoka düşdüm...

Yollar şüşə kimi, ən qabaqcıl texnologiyalı infrastruktur, qeyri-adi işıqlandırma, heykəltəraşlıq nümunələri, müasir avtobuslar, istirahət zonaları və nəhayət, gördüyüm ən gözəl dəniz kənarı bulvar... Elə bil xəyallarımda canlandırdığım şəhərə düşmüşdüm.

Böyük Qazax şairi Oljas Süleymenovun Sumqayıtın bu möhtəşəm dirçəlişi ilə bağlı fikirləri lap yerinə düşür: “Mən Sumqayıta gedəcək qrupun tərkibindəydim. Nə zamansa bu şəhəri ən çox çirklənmiş, kimya zavodlarından qalxan toz-duman içində ağır havası olan bir şəhər kimi tanımışdım. İndi isə qarşımda təmiz, mavi səması və dənizi olan parklar şəhəri canlanırdı. Burada kimya zavodları yenə də fəaliyyət göstərir, amma tamam başqa cür. Hamar küçələr boyu gəzir, körpülərdən keçirik, hər yan tər-təmizdir, sanki bütün şəhər qonaq qarşılamağa hazırlaşıb. Gözəl arxitektura əsasında inşa olunmuş yaşayış məhəllələri, şeirin yazılmadığı, ancaq vaxtaşırı qələmə aldıqları şeirləri oxumaq üçün şairlərin toplaşdıqları şəffaf Poeziya Evi…”

Hazırda Sumqayıt həm turizm, həm səhiyyə, həm təhsil, həm də işsizliklə mübarizədə ölkənin ən birinci şəhərlərindən biridir. Gözəlliyi ilə göz oxşayan, kriminalı kökündən təmizləyə bilən şəhərim, səninlə fəxr edirəm! Bu işdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. İndi mənin ən böyük arzum baba yurduma qayıtmaq oldu.

Bu günlərdə şəhərimin 70 yaşı tamam olur. Yubiley münasibəti ilə çəkilmiş bu videoya baxın. Bu, kompüter vasitəsi ilə yığılmış proyekt deyil. Bu, hazırda Xəzər sahilində üzüağ, başıdik duran Sumqayıtın real görüntüləridir.

Tarix
2019.11.18 / 14:16
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Rusiya XİN-dən Paşinyanın müharibə iddiasına reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla