Yuxarı

General haqda filmin çəkilişi başa çatır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
General haqda filmin çəkilişi başa çatır

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyası tərəfindən görkəmli azərbaycanlı generalı Hüseyn xan Naxçıvanski haqqında çəkilən tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir.

Axar.az xəbər verir ki, filmin çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılıb.

Filmdə arxiv materiallarından geniş istifadə olunub. Ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnən, xatirəsi bu gün də Rusiya və Azərbaycanda əziz tutulan böyük sərkərdənin zəngin və keşməkeşli həyat yolunu əks etdirən ekran əsərinin artıq səsləndirməsi başa çatıb və son tamamlama işləri aparılıb.

Qeyd edək ki, film yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.

Tarix
2015.02.04 / 18:29
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla