Yuxarı

Sevdiyi qadını 13 il gözləyən Şərqin Çarli Çaplini - 8 fakt

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli aktyor Lütfəli Abdullayevin (1914-1973) anım günüdür.

Kult.az Lütfəli Abdullayevlə bağlı 8 faktı təqdim edir:

1. Deyilənə görə, Lütfəli Abdullayev ömrünün sonuna kimi nə Azərbaycan, nə də rus dilində yazmağı bacarıb. Yalnız ərəb əlifbasını bilib. Rollarını isə həyat yoldaşı Sevda Pepinovanın köməyi ilə öyrənirdi.

2. Mərhum sənətkarın həyat yoldaşı Sevda Pepinova Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sədrinin müavini Həsən bəy Ağayevin nəvəsi, ilk Əmək naziri Əhməd bəy Pepinovun qızı idi. Qayınanası Xurşid Ağayeva isə Azərbaycanın ilk musiqişünas xanımı olub.

3. L.Abdullayev həyat yoldaşını düz 13 il gözləyib və nəhayət, qızın ailəsi onların izdivacına razı olub.

4. Onun kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli rolu olub. Aktyor bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar “SSRİ Dövlət mükafatı” adlandı) layiq görülüb.

5. Aktyorun qanında şəkər tapılıb və həkim ona pəhriz saxlamağı tapşırıb. O isə həkimə bu cavabı verib: “Onsuz da öləcəm, qoy heç olmasa tox ölüm”.

6. L.Abdullayev ölümündən bir neçə saat əvvəl xalq şairi Bəxtiyar Vahabzadəyə zəng edib. Elə bil ölümünü əvvəldən duyan aktyor şairə deyib: “Bəxtiyar, rəhmətlik atan Mahmudun yanına gedəcəm, sözün varsa de, çatdırım”.

7. “Şərqin Çarli Çaplini” adlandırılan Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da - həyat yoldaşı Sevdanın doğum günündə vəfat edib.

8. Sənətkarın qızı Xurşid Abdullayeva Abdullayevlər nəsli ilə bağlı bir faktı açıqlayıb: bu nəslin nümayəndələri az ömür yaşayıblar, heç 60 yaşı haqlamayıblar.

Tarix
2019.12.09 / 16:10
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla