Yuxarı

Pikasso 271 əsərini montyora bağışlayıb?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pikasso 271 əsərini montyora bağışlayıb?

Dünya şöhrətli rəssam Pablo Pikasso 271 əsərini bir neçə il onun evində işləmiş montyora bağışlaya bilərdimi? Fransız məhkəməsi Pier Le Qvennes və arvadı Danielə açılan məhkəmədə bu məsələni araşdırıb həqiqəti üzə çıxarmağa çalışır.

Axar.az xəbər verir ki, montyor və arvadının iddiasına görə, təxminən 1970-ci ildə Pikassonun malikanəsində işə başladıqları dövrdə rəssam onlara 180 litoqrafik, kollajlar, yağlı boyalar və 91 ədəd sadə karandaşla çəkilən rəsm verib.

Pikassonun varisləri cütlüyün açıqlamalarını komik hesab edib. Le Qvennes ailəsi əsərləri illərlə qarajda saxlayıb. 1900-1932-ci illər arası çəkilən əsərlər indiyə qədər heç yerdə nümayiş olunmayıb.

Potensial şahidlərin ölməsi, onillər öncə baş verən oğurluq hadisəsinin ortaya çıxarılması çətin olduğuna və hökumət oğurluğun üstünü aça bilmədiyinə görə iddia şifahi sözlər üzərində şəkillənir.

Vəkillərin açıqlamalarına görə, təxminən 5 il əvvəl Pier Le Qvennes ölümündən sonra əsərlərin taleyindən narahat olmağa başlayıb. Uşaqlarına problem yaratmamaq üçün Pikassonun varisləri ilə danışıqlara başlayıb. 2010-cu ilin sentyabrında Pier Le Qvennes varislərlə görüşmək üçün Parisə gedib. Bir neçə gün sonra isə bütün əsərlər polis tərəfindən nəzarətə götürülüb.

Le Qvennes ailəsi əsərlərlə bağlı müxtəlif "hekayələr" danışıblar. İddialara görə, Pier Pikassonun arvadı Cekvelinin bağlı bir qutu içində bu əsərləri ona verdiyini və "Bunlar sənin üçündür, evə apar" dediyini və bu haqda heç vaxt danışmadıqlarını xatırlayır.

Daniel isə ərinin evə içi dolu zibil torbasıyla gəldiyini və Pikassonun bəzi əsərlərini ona verdiyini söylədiyini xatırlayır. Bu hekayəyə görə isə rəssam emalatxanasını yığırmış və əhəmiyyət vermədiyi işlərini bir torbaya qoyaraq kişiyə verib.

Qeyd edək ki, Le Qvenneslərin bu əsərləri oğurladığı sübut edilsə, onları 5 il həbs və 375 min avro pul cəzası gözləyir.

Tarix
2015.02.11 / 02:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla