Yuxarı

Xalq şairi infarkt keçirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şairi infarkt keçirdi

Ötən gün Xalq şairi Fikrət Qoca infarkt keçirib.

ANS-in məlumatına görə, dünən saat 19:17-də onun halı pisləşib. Şair üçün təcili yardım çağırılıb.

İlkin müayinə zamanı ona ürəyin işemik xəstəliyi diaqnozu qoyulub. Xalq şairi Kliniki Tibbi Mərkəzə aparılıb.

Xəstəxanadan bildirilib ki, Fikrət Qoca infarkt keçirib.

Xalq şairinin qardaşı Hamlet Qoca bildirib ki, F.Qoca müalicə olunmaq üçün Türkiyənin İstanbul şəhərinə aparılıb:

"Fikrət dünən axşam saatlarında infarkt keçirib. Fikrət İstanbuldakı "Amerikan" Xəstəxanasında müalicə olunacaq".

Xatırladaq ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Tarix
2015.02.11 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla