Yuxarı

Yeni “Nobel”çi mükafatını almağa getməyəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni “Nobel”çi mükafatını almağa getməyəcək

2013-cü il Ədəbiyyat üzrə Nobel mükafatının laureatı Elis Munro dekabr ayında Stokholmda baş tutacaq təntənəli təqdimetmə mərasimində iştirak edə bilməyəcək. Bu barədə İsveç Akademiyasının daimi katibi professor Peter Enqland öz bloqunda yazıb. Enqland qeyd edib ki, 82 yaşlı yazıçının gələ bilməməsinin səbəbi səhhətindəki problemlə bağlıdır.

Təqdimetmə mərasimində yazıçının əvəzinə kimin iştirak edəcəyi hələlik məlum deyil.

Nobel mükafatının təqdimetmə mərasimi hər il ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçirilir. Bu gün Nobel mükafatının təsisçisi Alfred Nobelin ölüm tarixi ilə bağlıdır. Əlavə edək ki, qaliblər pul mükafatından əlavə İsveç kralı tərəfindən qızıl medal və diplomla da mükafatlandırılırlar.

Tarix
2013.10.21 / 15:07
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla